CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Səni narahat edən nədirsə, o, başqalarını da narahat edir"

© pixabay / Markus SpiskeSükan üzərində səs siqnalı düyməsi
Sükan üzərində səs siqnalı düyməsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Tələsirəm, bir də olmaz", "məcbur oldum", "qanunu bilmədim" cavabları nə qədər doğrudur?

BAKI, 30 avqust — Sputnik. "Səni narahat edən nədirsə, o, başqalarını da narahat edir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hər birimiz diqqətli və məsuliyyətli olmaqla hüquq qaydasına əməl etməliyik. Bu, konstitusion tələbdir".

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi polis-mayoru Elşad Hacıyev avqustun 28-də paytaxtda keçirilmiş reydin nəticələrini şərh edərkən danışıb.

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları və jurnalistlərin iştirakı ilə Nərimanov rayonu ərazisində reyd - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda reyd: "Avtoş"lar, sərxoş sürücülər saxlanıldı

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyanın 72-ci maddəsində Vətəndaşların vəzifələrinin əsas məzmunudur.

"Belə ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir", - deyə o əlavə edib.

Hacıyev deyir ki, bu vəzifələr elementar hüquq normalarıdır. Hər bir vətəndaş tək özünün yox, başqalarının da hüquqlarına hörmət bəsləməlidir: "Məsələn, avtobus dayanacaqlarında, piyada səkilərində, yolun hərəkət hissəsində avtomobillərin saxlanılması, yaşayış yerlərinin yaxınlığında başqalarını narahat edən səs-küy, yolu müəyyən olunmayan yerdən keçmək, yüksək sürət və digər sosial-neqativ əməllər başqalarına mane olur. Yəni "tələsirəm, bir də olmaz", "məcbur oldum", "qanunu bilmədim" cavabları nə qədər doğrudur? Düşünək, səni narahat edən nədirsə, o, başqalarını da narahat edir".

Bildirək ki, reyd zamanı küçə ticarəti, avaraçılıq və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı fəal iş aparılıb.

Xəbər lenti
0