ABŞ xəbərdarlıq etmədən hücuma keçdi

© AFP 2024 / BORYANA KATSAROVAABŞ F-16 qırıcıları
ABŞ F-16 qırıcıları - Sputnik Azərbaycan
Abunə olmaq
Şənbə günü ABŞ yaşayış məntəqələrinə zərbələr endirib. Xeyli insan ölüb və yaralanıb, dağıntılar var

BAKI, 1 sentyabr — Sputnik. Vaşinqton bütün razılaşmaları pozaraq, Moskva və Türkiyəni xəbərdar etmədən İdlib vilayətinin Maaret-Misrin və Kafər-Həya yaşayış məntəqələrinə aviasiya zərbələri endirib.

Наручники, фото из архива - Sputnik Azərbaycan
Suriyada "Rəqqa cəlladı" tutuldu

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Münaqişə Tərəflərinin Barışdırılması üzrə Mərkəz məlumat yayıb.

Mərkəzin məlumatına görə, avqustun 31-i səhər saat 6-dan etibarən Rusiya və Türkiyənin təşəbbüsü ilə Suriya ordusu birtərəfli qaydada İdlibdə atəşi dayandırdığını bəyan edib. Bu barədə münaqişənin bütün tərəfləri xəbərdar olunub.

Sutka ərzində Rusiya və Suriyanın hərbi aviasiyası İdlib üzərində uçuşları dayandırıb. Ancaq Mərkəz bildirir ki, saat 15:00-da ABŞ yaşayış məntəqələrinə zərbələr endirib. Xeyli insan ölüb və yaralanıb, dağıntılar var.

Mərkəz qeyd edir ki, Amerika tərəfi zərbə zamanı ABŞ vətəndaşlarının təhlükəsizliyini təhdid edən "Əl-Qaidə qruplaşmasının Suriyadakı idarəetmə məntəqəsinin" məhv edildiyini bəyan edib.

Xəbər lenti
0