BAKI, 30 avqust — Sputnik. Suriya kürdləri İŞİD terror təşkilatının ən mənfur döyüşçülərindən biri hesab olunan "Rəqqa cəlladı" adı ilə tanınmış belçikalı Anuar Hadduşini tutublar.
Sputnik Azərbaycan Belçika mediasına istinadən xəbər verir ki, Əbu Suleyman Əl-Belqiki adı ilə də tanınan terrorçu Rəqqa şəhərinin İŞİD-in nəzarəti altında olduğu vaxt yüzdən artıq insanı öldürməkdə şübhəli bilinir.
"De Morgen" nəşri məlumat verib ki, arvadı Juli Maeslə birlikdə həbs olunmuş Hadduşi hazırda "Suriya Demokratik Qüvvələri"nin həbsxanasında saxlanılır.
Belçikanın Federal Prokurorluğu həmçinin Hadduşini Paris və Brüsseldə təşkil olunmuş terror aktlarını maliyyələşdirməkdə şübhəli bilir.
Məlumata görə, terrorçunun məhkəməsinin harada (Suriyada, Belçikada və ya Fransada) baş tutacağı məlum deyil.