CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərin yay bayramı: Tətil vaxtını bir az da uzatmaq mümkündürmü?

© AR Ministry of EducationŞagirdlər sinifdə, arxiv şəkli
Şagirdlər sinifdə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert hesab edir ki, 3 ay yay tətili şagirdlərin istirahəti üçün çox uzun müddət deyil. Amma beynəlxalq təcrübə yay tətilləri uzun olduqda uşaqların bilik səviyyələrinin məktəbə gələrkən xeyli aşağı düşdüyünü göstərir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Rusiyada məktəblilərin yay tətili oktyabra kimi uzadıla bilər. Belə ki, Rusiya Dövlət Dumasının üzvü Vasiliy Vlasov məktəblilərin yay tətillini oktyabrın 1-ə kimi uzatmağı təklif edib. Deputat təklifini uşaqların yay imtahanlarından sonra yorğunluğu ilə izah edib. İstirahətdən başqa əlavə vaxtda yuxarı sinif şagirdləri həmçinin iş təcrübəsi də toplamaq imkanı qazanacaqlar.

Məktəb ləvazimatları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda məktəb yarmarkaları fəaliyyətə başlayır

Bəs Azərbaycanda necə yay tətili uzadıla bilərmi?

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün ümumtəhsil sistemimizdə olan problemlərə baxsaq, ən sonda təhsil ilinin müddətinin uzadılması və ya istirahət, tətil müddətinin uzaldılması ola məsələsi yer alar: "Təbii ki, müddət uzadılmalıdır, 36 həftəyə çatdırılmalıdır, çünki ümumdünya üzrə təhsil ilinin müddəti 36 həftədir. Lakin bu tədris müddətinin uzadılması tətil müddətlərinə təsir göstərməməlidir və ya əksinə. Yəni tətilin 2 həftəyə qədər artırılması öz növbəsində dərs ilinin də bir o qədər qısalması deməkdir".

Ekspert hesab edir ki, 3 ay yay tətili şagirdlərin istirahəti üçün çox uzun müddət deyil. Digər tərəfdən isə beynəlxalq təcrübə də yay tətilləri uzun olduqda uşaqların bilik səviyyələrinin məktəbə gələrkən xeyli aşağı düşdüyünü göstərir. Bu başqa bir problemi də yaradır: "Problem isə ondan ibarətdir ki, məktəb proqramının həcmi azalmır. Ən azı 20-25 il bundan öncə məktəbdə verilməli olan proqramın həcmi bugünkündən az deyildi. Yaxud əksinə, bu gün verilməli olan bilik proqramı 20-25 il əvvəldən az olmamalıdır. Uşaqlara yayda istirahət etməyə nə qədər çox imkan veririksə, bir o qədər də onların tədris ili zamanı dərs yükü artır. Çünki dərs günlərinin sayı azalır. Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı, eyni zamanda tədris 6 günlük idi".

Qeyd edək ki, bir müddət əvvəl ölkədə tədris ilinin sentyabrın 1-dən başlayıb, iyun ayının ortalarına kimi davam etməsi məsələsi müzakirə olunurdu. Lakin sonradan bu müddətin məqbul olmadığı və azından 2019-2020-ci tədris ili üçün aktual olmadığı açıqlandı.

Школьные парты в классной комнате, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maxinatorluqdan menecerliyə - Məktəb direktorlarının "bazarı"ı bağlanır

Xatırladaq ki, dünya ölkələrində təhsil ilinin başlanma və sona yetmə tarixləri fərqlidir. ABŞ-da hər ştatdan asılı olaraq yeni dərs ili avqustdan sentyabra qədər istənilən tarixdə ola bilər. Danimarkada isə məktəblər avqust ayında açılır. Fransada yeni dərs ili sentyabrın əvvəlində başlayır, lakin dərslərin başlanacağı gün məktəblər tərəfindən təyin edilir.

Qonşularımızdan Gürcüstanda qəbul olunan təhsil qanununa görə, dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır. Ermənistanda məktəblər 1 sentyabrda açılır və mayın sonuna qədər davam edir.

Rusiyada ənənəvi olaraq 1 sentyabr "Bilik günü"dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir.

İranda və Türkiyədə isə dərslər sentyabrda başlayıb iyuna qədər davam edir.

Xəbər lenti
0