BAKI, 31 avqust — Sputnik. 31 iyul 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30 milyard 90 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 507 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 583 milyon manat olub.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından Sputnik Azərbaycan-a məlumat verilib.
İyul ayına sektorun aktivlərinin 44.3%-ni kredit portfeli təşkil edir.
2019-cu ilin iyul ayında fiziki şəxslərin əmanətləri 8 milyard 471.6 milyon manat təşkil edib. İyul ayında müddətli əmanətlər 0.4% (19.9 milyon manat) artaraq 5 milyard 357.4 milyon manat təşkil edib. Artım milli valyutada olan əmanətlər (58.7 milyon manat, 2.5%) üzrə baş verib.
Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3.7% (375.7 milyon manat) artaraq 10 milyard 573.2 milyon manata çatıb. Ay ərzində müddətli depozitlər 11.4% (257.6 milyon manat) artaraq 2 milyard 510.8 milyon manat təşkil edib. Milli valyutada olan depozitlər 6.9% (274 milyon manat) artaraq 4, milyard 246.3 milyon manata, xarici valyutada olan müddətli depozitlər isə 12.3% (249.8 milyon manat) artaraq 2 milyard 285.5 milyon manata çatıb.
İyul ayında bankların əməliyyat mənfəəti 13.9% (57.7 milyon manat) artaraq 472.4 milyon manat, xalis mənfəəti isə 406.2 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.7%, kreditlər üzrə faiz gəlirləri isə 14.2% artıb.