CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dələduzların fırıldağı: Tur şirkətlərinin xaricdəki partnyorları da aldadılır

CC0 / rawpixel.com / tourTurist, arxiv şəkli
Turist, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dələduzlar tur şirkətlərinin xaricdəki partnyorlarına da kələk gəlməyə başlayıb. AZTA rəhbəri bildirib ki, turistlər şirkət seçimində daha diqqətli olmalıdırlar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Turizm sahəsində dələduzluqla məşğul olanlar tur şirkətlərinin xaricdəki partnyorlarına da kələk gəlməyə başlayıblar. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov məlumat verib.

Путешественники - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turizm bazarında saxtakarlıqla bağlı açıqlama

O, artıq səyahət üçün Azərbaycanı seçən bir neçə turistin aldadıldığını söyləyib. N.Bağırov bildirib ki, son vaxtlar nəinki Azərbaycan vətəndaşlarını, xaricdə partnyor turizm şirkətlərinin də aldadılması ilə bağlı faktlar üzə çıxıb. N.Bağırov turizm sahəsində baş verən bu dələduzluq hadisələrinin bu mövsüm daha çox artdığını bildirib.

Onun sözlərinə görə, turizm mövsümü başlayandan AZTA-ya 50-dən çox belə şikayət daxil olub. AZTA rəhbəri bildirib ki, turistlər şirkət seçimində daha diqqətli olmalıdırlar.

Xəbər lenti
0