CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm bazarında saxtakarlıqla bağlı açıqlama

CC0 / Free Photos / TravelersПутешественники
Путешественники - Sputnik Azərbaycan
Abunə olmaq
Assosiasiyanın əldə etdiyi məlumata əsasən, şirkətin keçmiş əməkdaşı Nərgiz Məmmədova "InTravel Az" şirkətinin adından sui-istifadə edərək rəhbərliyin və şirkətin xəbəri olmadan saxta tur paketlərin satışını həyata keçirib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 Avqust— Sputnik. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Azərbaycan turizm bazarında baş verən son saxtakarlıq olayı ilə bağlı açıqlama yayıb.

Российские туристы в центре грузинской столицы в районе Абанотубани - Sputnik Azərbaycan
Jurnalist ölkəsini turist gəlirlərindən məhrum elədi

Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sosial şəbəkələrdə bir neçə şəxsin "InTravel Az" şirkəti tərəfindən aldadılması və onlara saxta tur paketlərin satılması məsələsini araşdırıb. Assosiasiyanın əldə etdiyi məlumata əsasən, şirkətin keçmiş əməkdaşı Nərgiz Məmmədova "InTravel Az" şirkətinin adından sui-istifadə edərək rəhbərliyin və şirkətin xəbəri olmadan saxta tur paketlərin satışını həyata keçirib. Adı çəkilən xanım ayrı-ayrı şəxslərdən ofisdən kənar ərazilərdə görüşərək ödəmələr toplayıb. Artıq bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib və hal-hazırda araşdırma gedir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bir daha vətəndaşların bu cür hallarla rastlaşmaması üçün diqqətli olmalarını, bütün sənədlərinin qaydasında olmasına diqqət yetirmələrini tövsiyə edir.

Xəbər lenti
0