Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mütəxəssislər "Qarabağ"ın şansını dəyərləndirirlər: "Bizim onlarda heyfimiz var"

© Sputnik / Murad OrujovМатч квалификационного раунда плей-офф Лиги Европы по футболу между азербайджанским "Карабахом" и североирландским "Линфилдом"
Матч квалификационного раунда плей-офф Лиги Европы по футболу между азербайджанским Карабахом и североирландским Линфилдом - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiənin mərkəzinə yeni uğurlu transfer olacağı təqdirdə "Qarabağ" bu qrupdan pley-off mərhələsinə yüksələ bilər

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Матч квалификационного раунда плей-офф Лиги Европы по футболу между азербайджанским Карабахом и североирландским Линфилдом - Sputnik Azərbaycan
FOTO
“Qarabağ” növbəti mərhələyə necə keçdi

Sputnik Azərbaycan xəbər verir ki, Monakoda keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibləri məlum olub.

Ağdam klubu A qrupunda "Sevilya" (İspaniya), "APOEL" (Kipr) və "Düdelanj"la (Lüksemburq) mübarizə aparacaq. Komandamızın qrupdakı şanslarını dəyərləndirmək üçün futbol mütəxəssisləri ilə əlaqə saxladıq.

Veteran futbolçu Nazim Süleymanov Kipr komandası ilə yenidən qarşılaşmaq imkanına sevindi: "Çox gözəl oldu ki, biz "APOEL"lə bir qrupa düşdük. Baxmayaraq ki, hamımız fikirləşirdik ki, Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik, gözlənilmədən onlara məğlub olub Avroliqaya "düşdük". Mən inanıram ki, "Qarabağ" həm evdə, həm də səfərdə bu klubla yaxşı nəticə göstərəcək. Ümumiyyətlə isə yaxşı qrupa düşmüşük. Nəticə göstərmək üçün əla fürsətimiz var. Favorit bu qrupda "Sevilya" və "Qarabağ"dır. İnanıram ki, Avroliqa təmsilçimiz bu qrupdan çıxacaq".

"İdman Azərbaycan" kanalının şərhçisi Ramiz Mirzəzadə də komandaya yeni oyunçunun cəlb edilməsinin vacibliyini vurğulayıb: "Ardıcıl 6-cı dəfə avrokubokların qrup mərhələsinə yüksələn "Qarabağ" komandası, bəlkə də, ilk dəfə növbəti mərhələyə çıxmaq üçün imkan qazana bilər.

Карабах разгромил ирландский Дандолк в Баку - Sputnik Azərbaycan
İDMAN
Azarkeş "Qarabağ"ın "başını ağrıtdı"

Belə ki, "Sevilya" qrupun aşkar favoriti kimi qəbul olunmalıdır. Ancaq ikinci pillə uğrunda mübarizə aparmaq daha əlverişli olacaq. Üstəlik, bu pillə uğrunda mübarizə aparacaq komanda "Qarabağ" üçün kifayət qədər yaxşı tanış olan "APOEL" olacaq. Fikrimcə, Qurban Qurbanov rəqibi daha yaxşı analiz etməklə yanaşı, heyətə daha bir futbolçu da cəlb etməlidir. Müdafiənin mərkəzinə yeni uğurlu transfer olacağı təqdirdə "Qarabağ" bu qrupdan pley-off mərhələsinə yüksələ bilər. Komandanın kapitanı Rəşad Sadıqov nə qədər lider kimi komandaya lazımdırsa, bir o qədər sürətli komandalarla oyunlarda çatışmazlıqları ilə yadda qalır.

Son olaraq, inanıram ki, düzgün addımları ilə daim Azərbaycan futbol azarkeşlərini sevindirən "Qarabağ" bu dəfə daha bir yeni uğurla tarix yaza bilər".

"CBC Sport" kanalının şərhçisi Elnur Məmmədli ispan klubunun güclü olmasını önə çəkib: "Əvvəla, onu deyim ki, "Qarabağ"ın 6 il ardıcıl qruplarda oynaması artıq kifayət qədər ciddi uğurdur.

Püşkə gəlincə, "APOEL"-dən qisas almaq üçün Azərbaycan çempionunun əlinə yaxşı imkan düşüb. Əslində, Kipr klubu keçiləsi rəqibdir. Sadəcə Bakıdakı oyunda səhvlərə görə növbəti mərhələyə "APOEL" yüksəldi. "Sevilya" ötən mövsümlə müqayisədə çox dəyişib. "Real"ın və İspaniya yığmasının keçmiş baş məşqçisi Lopategi komandanın sükanı arxasına keçib. Ben Yedder kimi bombardirlərini satdılar. Cari mövsümdə 'Sevilya"nın bir oyununu izləmişəm. Düzü, ötənilki komanda daha güclü idi. Amma etiraf etmək lazımdır ki, bizim klublar hələ "Sevilya" ilə rəqabət apara biləcək gücdə deyil.

Lüksemburq klub futbolunda son illərdə irəliləyiş baş versə də, "Qarabağ" rəqibi təcrübə baxımından üstələyir. Məncə, "Qarabağ" bu qrupdan 2-ci yerin sahibi kimi növbəti mərhələyə də yüksələ bilər".

"İdman Azərbaycan" kanalının şərhçisi İsmayıl Abdullayev də komandamızın irəliləyəcəyinə ümidlidir: "İndiyə qədər "Qarabağ" üçün bu qədər ideal, münasib qrup olmayıb. Qrup lideri kimi "Sevilya"nı görürəm. İkinci yer uğrunda mübarizə "Qarabağ"la "APOEL" arasında gedəcək. Ümid edirəm ki, sevinən tərəf biz olacağıq. Xüsusilə qeyd etmək istərdim ki, bizim Kipr təmsilçisində heyfimiz var. Bu iki komanda arasında baş tutan oyunda "Qarabağ" öz səhvi ucbatından uduzdu. Avroliqa çərçivəsindəki qarşılaşmada isə, inanıram, Qurban Qurbanov və futbolçular bu səhvi aradan qaldıracaqlar. "Düdelanj" da elə-belə rəqib deyil. Ümid edək ki, "Qarabağ", təqvimə görə, sonuncu "Sevilya" ilə qarşılaşar. Həmin oyuna qədər də məsələni həll etmiş olar.

Millət vəkili Fazil Mustafa - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkilindən "Qarabağ"la bağlı təklif

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov klubun rəsmi saytına açıqlamasında şanslarını dəyərləndirib: "Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. "APOEL"-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldilər. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".

Xəbər lenti
0