BAKI, 30 avqust — Sputnik. İspaniya millisi və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrikeyə ağır itki üz verib.
Sputnik Azərbaycan xəbər verir ki, onun 9 yaşlı qızı dünyasını dəyişib. Enrike bu xəbəri şəxsi Tvitter səhifəsində paylaşıb. O, övladının 5 ay sümük xərçəngindən əziyyət çəkdikdən sonra vəfat etdiyini bildirib: "Bu gün bizim qızımız Xana 5 aylıq mübarizədən sonra 9 yaşında dünyasını dəyişdi. Bu müddət ərzində bizə göstərdiyiniz anlayış, diqqət və sevgiyə görə təşəkkür edirik.
— LUISENRIQUE (@LUISENRIQUE21) 29 августа 2019 г.
Enrikenin ailəsində baş verən faciə futbol aləmini də sarsıdıb. Cəmi 1 saat ərzində 150 mindən çox insan Tvitterdə kədərini bildirərək ona dəstək olub. Onların arasında futbolçular çoxluq təşkil edir.
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, L.Enrike qızının xəstəliyi səbəbindən ötən ilin yayından çalışdırdığı İspaniya millisindən bu ilin iyun ayında ayrılıb.