CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir neçə rayonda qaz verilməsi dayandırılıb

CC0 / Bou Dee / GasГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 09:00-18:00-dək payız-qış mövsümünə nəzərdə tutulan təmir işlərinin aparılması ilə bağlı Saatlı rayonunun bir neçə kəndində də qaz verilişində fasilələr yaranacaq

BAKI, 29 avqust — Sputnik. Bu gün səhər saat 08:00-dan Binəqədi rayonu, 6, 7, 8, 9-cu mikrorayonlarda, Rəsulzadə, Xutor və Biləcəri qəsəbəsinin bir hissəsində, Motodrom ərazisində qaz təchizatı dayandırılıb.

Разданская ГРЭС - Sputnik Azərbaycan
Ermənistanda elektrik kollapsı – Qonşuya şübhə ilə baxırlar

“Azəriqaz” İB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müddət ərzində yeni çəkilmiş orta təzyiqli yeraltı qaz xəttinin mənbəyə birləşdirilməsi işləri aparılacaq.

Bundan başqa, saat 09:00-18:00-dək payız-qış mövsümünə nəzərdə tutulan təmir işlərinin aparılması ilə bağlı Saatlı rayonunun bir neçə kəndində də qaz verilişində fasilələr yaranacaq.

Eləcə də, saat 09:00-dan Hacıqabul və Şirvan şəhərlərinin bir qrup abonentinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu, Qaz İxrac İdarəsinin balansında olan “Astara-Qazıməmməd” magistral qaz kəmərində yeni quraşdırılmış ölçü qovşağının mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.

Xəbər lenti
0