BAKI, 11 iyul — Sputnik. Ermənistanın paytaxtı Yerevanda və ölkənin bir sıra vilayətlərində ötən gün elektrik verilişində fasilə yaranıb. Sputnik Ermənistan xəbər verir ki, paytaxt metrosu da öz işini dayandırıb və meteostansiyalara giriş belə, məhdudlaşdırılıb. Bu müddət ərzində ölkədə rabitə və internetdə də problem olub. Vəziyyət o yerə çatıb ki, Ermənistanın iki böyük istilik elektrik stansiyası söndürülüb. Bu stansiyaların işi yenidən axşam saatlarında bərpa olunub.
Lakin Ermənistanda birdən-birə qazla işləyən Yerevan İstilik Elektrik Stansiyası və Razdan İstilik Elektrik Stansiyasını öz işinin dayandırması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər bunu qəribə təsadüf kimi dəyərləndiriblər.
Məlum olub ki, Rusiya və İrandan gələn qaz kəmərləri normal işləyib, stansiyalar isə elektrik şəbəkəsinin yüklənməsini azaltmaq üçün söndürülüb. Çünki elektrik şəbəkələrində yüklənmə olduqda cərəyanın tezliyi dəyişə bilər. Əgər cərəyanın artıb-azalması qəza rejiminə keçsə, onda bəzi stansiyalar avtomatik sönə bilər. Məhz Ermənistanda da bu baş verib.
Hələlik Ermənistan elektrik şəbəkələrində baş verən yüklənmənin səbəbi dəqiqləşdirilir. Ola bilər ki, bu yüklənmə Ermənistanın yüksəkgərginlikli elektrik şəbəkələrinin qarşılıqlı bağlı olduğu İranda baş verib. Yayda məhz İranda kondisioner və soyutma sistemləri ilə bağlı elektrik şəbəkələrdə yüklənmə artır. Yüklənmə Ermənistan ərazisində də baş verə bilər. Hələlik baş verən yüklənin səbəbi sona qədər dəqiqləşdirilməyib.