BAKI, 29 avqust — Sputnik. İngiltərənin "Sliford Reyncers" futbol klubunun baş məşqçisi Cim Peysi komandasının qələbəsinə sevinərkən ölüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Lincolnshire Live yazıb.
"Reyncers"in futbolçuları regional liqada "Briqq Taun"u mə]lub edərək rəsmi oyunlarda ilk qələbələrini qazanıblar. 50 yaşlı mütəxəssis qələbəni komanda ilə birgə qeyd etmək üçün sahəyə qaçıb. Ancaq qəfil huşunu itirərək yıxılıb.
Həkimlər ona kömək etməyə çalışsalar da, həyatını qurtarmaq mümkün olmayıb.
''We are devastated as a club to announce the sad passing of one of our founders Jim Pacey, father of player Jay, at the end of our game against Brigg," a statement issued by the club read.
— Legit.ng (@legitngnews) August 28, 2019
Rest in peace, Pacey.https://t.co/7iooFbh5LN
"Bizim içimizdə bir boşluq yaranıb. Peysinin əzizlərinə başsağlığı və sevgilərimizi çatdırır, mərhumun ailəsini narahat etməməyinizi xahiş edirik", - "Sliford Reyncers"in sosial şəbəkələrdə yaydığı bəyanatda deyilir.
Peysi klubun yaradıcısı və əfsanəsi sayılır. O, həm böyüklərin, həm də kiçiklərin komandası ilə məşğul imiş.