CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Obyektlərin tullantı suları dolayı yolla Xəzərə axıdılır

© Sputnik / Irade JELILÇirkab sularının axıdılması böyük bir sahəni əhatə edib
Çirkab sularının axıdılması böyük bir sahəni əhatə edib - Sputnik Azərbaycan
Abunə olmaq
Digər obyektlərin hələ də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən olunub

BAKI, 29 avqust — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək olan sahil zolağı boyunca aparılan son monitorinqlərin nəticəsinə görə, dənizin şimal sahilində fəaliyyət göstərən "Təhsil", "El Faro", "Oberluks", "Palma", "Atlant" və "River Inn", Şıx çimərliyi ərazisində isə "Dostluq", "Ramada" istirahət mərkəzləri təmizləyici qurğular quraşdırıblar.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda daha iki ictimai çimərlik yaradıldı

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

Onun sözlərinə görə, digər obyektlərin hələ də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən olunub. İdarə rəisi qeyd edib ki, Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bir çox ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da, dolayı yolla Xəzərə axıtmaqda davam edir: "Bir daha dənizi çirkləndirənlərə bildiririk ki, dənizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər".

Xəbər lenti
0