CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha iki ictimai çimərlik yaradıldı

© Sputnik / Irade JELILFHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Buzovna məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb

BAKI, 14 avqust — Sputnik. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın nəcib təşəbbüsü ilə paytaxtımız Bakı şəhərində ictimai çimərliklərin yaradılması işləri davam edir.

Bura Qafqazın məşhur Qara dəniz sahillərindən daha üstün hesab olunur - Sputnik Azərbaycan
CƏMİYYƏT
Alim Xəzərin səviyyəsindən danışdı: dəniz bizi tərk edir

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılır. Səbail rayonunda, “Şıx” çimərlik ərazisində yaradılan çimərlikdən sonra artıq Buzovna və Görədil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün köşklər quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq asfaltlaşdırılıb.

Xəbər lenti
0