Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqasında qruplar müəyyənləşir

© AFP 2024 / YURI CORTEZТень футболиста, фото из архива
Тень футболиста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qrupa vəsiqə qazanan klubların adları bəlli olduğu üçün bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

BAKI, 29 avqust — Sputnik. Dünən Çempionlar Liqasında play-off mərhələsinin son oyunları keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "APOEL" səfərdə "Ayaks"la qarşılaşıb. Kiprdə qolsuz heç-heçə edən komandaların cavab matçında "Ayaks" 2:0 hesabla qələbə qazanaraq qrup mərhələsinə vəsiqə qazanıb.

Futbolçunun kölgəsi - Sputnik Azərbaycan
İDMAN
AFFA tanınmış futbol klubu ilə bağlı qərar verdi

Digər görüşlərdə "Brügge" "LASK"-ı, "Slaviya" ÇFR-i qəbul edib. Hər iki görüşdə meydan sahibləri qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.

Qrupa vəsiqə qazanan klubların adları bəlli olduğu üçün bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Qeyd edək ki, mərasim Monakoda baş tutacaq. Püşkatma tədbirində 8 qrupun tərkibi müəyyənləşəcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səbətlər

1-ci səbət

"Barselona" (İspaniya)

"Bayern" (Münhen, Almaniya)

"Yuventus" (İtaliya)

"Mançester Siti" (İngiltərə)

PSJ (Fransa)

"Liverpul" (İngiltərə)

"Çelsi" (İngiltərə)

"Zenit" (Rusiya)

2-ci səbət

"Real" (Madrid, İspaniya)

"Atletiko" (Madrid, İspaniya)

"Borussiya" (Dortmund, Almaniya)

"Napoli" (İtaliya)

"Şaxtyor" (Ukrayna)

"Tottenhem" (İngiltərə)

"Ayaks" (Hollandiya)

"Benfika" (Portuqaliya)

3-cü səbət

"Bayer" (Lverkuzen, Almaniya)

"Zalsburq" (Avstriya)

"Valensiya" (İspaniya)

"İnter" (İtaliya)

"Lion" (Fransa)

"Olimpiakos" (Yunanıstan)

"Dinamo" (Zaqreb, Xorvatiya)

"Brügge" (Belçika)

4-cü səbət

"Genk" (Belçika)

"Qalatasaray" (Türkiyə)

"Srvena Zvezda" (Serbiya)

"Leyptsiq" (Almaniya)

"Lokomotiv" (Moskva, Rusiya)

"Atalanta" (İtaliya)

"Lill" (Fransa)

"Slaviya" (Praqa, Çexiya).

Xəbər lenti
0