CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış gürcü pianoçu Bakıda çıxış edəcək

© Facebook / Khatia BuniatishviliGürcü pianoçu Xatia Buniatişvili, arxiv şəkli
Gürcü pianoçu Xatia Buniatişvili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Builki festivalda 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub

BAKI, 28 avqust — Sputnik. Sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və tanınmış gürcü pianoçu Xatia Buniatişvili çıxış edəcək.

Rəna Şereşevskaya-Mustafabəyli - Sputnik Azərbaycan
Azərbaycanlı sənətkar Fransanın ali mükafatına layiq görülüb

Sputnik Azərbaycan xəbər verir ki, Ü.Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə Fikrət Əmirovun "Azərbaycan kapriççio"su, Niyazinin "Rast" simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın "Fortepiano və orkestr üçün Ərəb mövzularında konsert"i səslənəcək.

Qeyd edək ki, builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqiçi və kollektivlərin iştirakı ilə 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti
0