Azərbaycanlı sənətkar Fransanın ali mükafatına layiq görülüb

© © Rəna Şereşevskaya-Mustafabəylinin şəxsi arxivindənRəna Şereşevskaya-Mustafabəyli
Rəna Şereşevskaya-Mustafabəyli - Sputnik Azərbaycan
Abunə olmaq
Fransanın mədəniyyət naziri Frank Rister azərbaycanlı pianoçunun Fransanın dörd ali mükafatından birinə layiq görülməsi barədə fərman imzalayıb.

BAKI, 14 avqust — Sputnik. Azərbaycan əsilli rus-fransız pianoçu Rəna Şereşevskaya-Mustafabəyli Fransanın İncəsənət və Ədəbiyyat Ordeninə layiq görülüb.

Şereşevskaya-Mustafabəylinin həmkarlarının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu barədə fərmanı Fransanın mədəniyyət naziri Frank Rister imzalayıb.

Cəngi etno-caz qrupu - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Cəngi" etno-caz qrupumuz "Dünya musiqiləri" festivalında

İncəsənət və Ədəbiyyat Ordeni Fransa və bütün dünyanın görkəmli mədəniyyət xadimlərini fərqləndirmək üçün verilən Fransanın dörd ali mükafatından biridir.

Müxtəlif illərdə bu mükafat Serj Lifar, Mayya Plisetskaya, Mstislav Rostropoviç, Qalina Vişnevskaya, Aleksandr Soljenitsın, Yuri Lyubimov, Qalina Ulanova, Boris Eyfman, Valeri Gergiyev, Pavel Koqan, Pavel Lungin, Anatoli Vasilyev, Yuri Norşteyn, Vasili Aksyonov və başqalarına verilib.

Rəna Şereşevskaya-Mustafabəyli 1954-cü il iyunun 17-də Bakıda geoloq ailəsində anadan olub. Dörd yaşında onun böyük musiqi qabiliyyəti və istedadı üzə çıxıb. 1972-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tanınmış pedaqoq Y.L.Filatovanın fortepiano sinfi üzrə əla qiymətlərlə bitirib. Elə həmin il P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında L.N.Vlasenkonun sinfinə daxil olub. Konservatoriyadan sonra aspiranturanı da fərqlənmə ilə bitirib.

70-ci illərdə Şereşevskaya-Mustafabəyli SSRİ-də və müxtəlif ölkələrdə bir çox solo və simfonik konsertlər verib. 1980-ci ildən başlayaraq o, Moskva Konservatoriyası nəzdində Mərkəzi Orta İxtisas Musiqi Məktəbində istedadlı uşaqlara dərs deyib.

Gözünün nurundan məhrum olan pianinoçunun əzabkeş əllərindən çalınan notlar>>

1990-cı ildə İppolitov-İvanov adına Dövlət Pedaqoji Musiqi İnstitutunun fortepiano kafedrasına müdir vəzifəsinə dəvət edilib. Həmin dövrdə o, orta ixtisas və ali təhsil məktəblərində fortepianonun tədrisi metodikasının tərtib olunması işinə başçılıq edib. Onun təklifi və rəhbərliyi ilə gənc ifaçıların İppolitov-İvanov adına birinci Ümumittifaq müsabiqəsinə start verilib.

1993-cü ildə Şereşevskaya-Mustafabəyli dəvət olunmuş professor kimi Kolmar Konservatoriyasında işləməyə başlayıb, sonra beş il ərzində paralel olaraq Paris Ali Milli Konservatoriyasında işləyib, ixtisasartırma kurslarında dərs deyib.

Rəna Şereşevskaya-Mustafabəyli Fransa, İtaliya, ABŞ, Kanada, Monako, İsveçrə, Çin və Yaponiyada ustad dərsləri keçir. Onun yetirmələri beynəlxalq müsabiqələrin laureatlarıdır. Onlar dünyanın aparıcı konsert salonlarında – "Pleyyel", "Karneqi-Holl", "Albert-Holl", Berlin Milli Filarmoniyası, Moskva Konservatoriyasının Böyük salonu və digər səhnələrdə çıxış edirlər.

Azərbaycanlı rəqqaslar və pianoçular Batumidə keçirilən beynəlxalq incəsənət festivalında uğurla çıxış ediblər - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı istedadlar Batumidə birinci olublar

Şereşevskaya-Mustafabəyli hazırda Alfred Korto adına Paris Ali musiqi məktəbində və Ruel-Malmezon (Fransa) şəhər konservatoriyasında fortepiano professorudur. O, istedadlı uşaqların musiqi təhsili sisteminin təkmilləşdirilməsinə çox diqqət yetirir, Fransa ("Pyano" jurnalı) və beynəlxalq mətbuatda ("Kreşşendo" jurnalı), Fransanın milli televiziyasında bu məsələ ilə bağlı çıxışlar edir.

Dünya şöhrətli azərbaycanlı pianoçu eyni zamanda "Fransa və Rusiyanın ulduzları və gənc istedadları" mədəni mübadilə layihəsinin yaradıcısı və rəhbəri, beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvüdür. O, eyni zamanda "Sənətkar sülalələr və ailələr" festivalının yaradıcısı və art direktorudur.

Xəbər lenti
0