BAKI, 28 avqust — Sputnik. "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Linfild" dünən axşamdan ölkəmizdədir.
Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda 20 oyunçu, 9 məşqçi və 2 rəhbər şəxs ilə Bakıya gəlib.
Посмотреть эту публикацию в Instagram
Oyunçular bu gün Tofiq Bəhramov adına Respublika stadionunda məşqdən öncə şəhər gəzintisinə çıxıblar: "Hal-hazırda Bakıda hava istidir. Bura gözəl, çoxmillətli, səs-küylü, həyat dolu və əlbəttə, "Çelsi"nin qələbə qazandığı Avropa Liqasının final oyununa ev sahibliyi etmiş bir şəhərdir".
Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" –"Linfild" görüşü saat 20:00-da baş tutacaq.