CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ucqar dağ kəndində SOS verilib, heyvanlar naməlum xəstəlikdən ölür

© Sputnik / Rahim MuradovLerik rayonu
Lerik rayonu - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd Ərazi Baytarlıq Məntəqəsinin müdiri bildirir ki, inəklərin meşə zolaqlarına yaxın ərazilərdə otladıqları üçün gənələr və ya ağcaqanad tərəfindən yoluxduqları ehtimal olunur

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Lerik rayonunun Zeynəko kəndində şəxsi təsərrüfatlarda olan iri buynuzlu mal-qara arasında xəstəlik yayılıb. Xəstəlik nəticəsində inəklərin tələf olması halları qeydə alınıb.

Qan analizi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda təhlükəli xəstəlik daşıyıcılarının sayı bir milyonu keçir

Zeynəko kənd sakini Pərviz Titayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, şəxsi təsərrüfatında olan beş iribuynuzlu heyvan xəstələnib: “Son iki gün ərzində xəstə inəklərimdən biri tələf oldu. Ölən inəyin dəyəri təxminən 1500 manat olardı. Xəstəliyə yoluxan digər 4 heyvandan ikisi müalicə olunub, digər iki inəyin müalicəsi isə hələ davam edir. Heyvanların dərisində şişlər əmələ gəlir, yüksək dərəcədə temperaturları olur, gözləri yaşarır və burnundan da su axır. Bu günə kimi xəstə heyvanlarımın müalicəsi üçün 300-350 manat vəsait xərcləmişəm. Amma tövlədə qalan inəklərin müalicəsi davam etdiyindən reseptlərdə yazılan dərmanları hələ də alıram”.

© Sputnik / Rahim MuradovZeynəko kənd sakini Pərviz Titayev
Zeynəko kənd sakini Pərviz Titayev - Sputnik Azərbaycan
1/5
Zeynəko kənd sakini Pərviz Titayev
© Sputnik / Rahim MuradovZərərçəkənlər heyvanların müalicəsi üçün 300- 350 manat vəsait xərclədiklərini bildirirlər
Zərərçəkənlər heyvanların müalicəsi üçün 300- 350 manat vəsait xərclədiklərini bildirirlər - Sputnik Azərbaycan
2/5
Zərərçəkənlər heyvanların müalicəsi üçün 300- 350 manat vəsait xərclədiklərini bildirirlər
© Sputnik / Rahim MuradovMalların dərisində şişlər əmələ gəlir, yüksək dərəcədə temperaturları olur
Malların dərisində şişlər əmələ gəlir, yüksək dərəcədə temperaturları olur - Sputnik Azərbaycan
3/5
Malların dərisində şişlər əmələ gəlir, yüksək dərəcədə temperaturları olur
© Sputnik / Rahim MuradovMal-qara arasında artıq bir aya yaxındır ki, xəstəlik yayılıb
Mal-qara arasında artıq bir aya yaxındır ki, xəstəlik yayılıb - Sputnik Azərbaycan
4/5
Mal-qara arasında artıq bir aya yaxındır ki, xəstəlik yayılıb
© Sputnik / Rahim MuradovZeynəko kəndinin sakini Çingiz Ağayev
Zeynəko kəndinin sakini Çingiz Ağayev - Sputnik Azərbaycan
5/5
Zeynəko kəndinin sakini Çingiz Ağayev
1/5
Zeynəko kənd sakini Pərviz Titayev
2/5
Zərərçəkənlər heyvanların müalicəsi üçün 300- 350 manat vəsait xərclədiklərini bildirirlər
3/5
Malların dərisində şişlər əmələ gəlir, yüksək dərəcədə temperaturları olur
4/5
Mal-qara arasında artıq bir aya yaxındır ki, xəstəlik yayılıb
5/5
Zeynəko kəndinin sakini Çingiz Ağayev

Zeynəko kəndinin digər sakini Çingiz Ağayev isə ona məxsus 8 inəkdən 7-nin yoluxduğunu və bir aya yaxındır bu xəstəliklə mübarizə ağardığını bildirir: “Hər gün sahə həkimini çağırırıq, onlar da gəlib mallara baxırlar və dava-dərmanlarını verirlər. Lakin müalicələrin hələ ki, heç bir xeyri yoxdur. Kəndimizdə 15 ev var, təsərrüfatların 10-da inəklər bu vəziyyətdədir. Heyvanlar qidadan kəsilir, halsızlaşır, burnundan  su axır, bədəninin müxtəlif hissələrində diametri 2-3 santimetr olan şişlər əmələ gəlir və bədən hərarəti olduqca yüksək olur. Hamısının limfa vəziləri şişir və tutulur. Ön ayaqları tutulur, mal çətinliklə oturur, duranda isə yeriyə bilmir. Mən də təsərrüfatımı genişləndirmək üçün bankdan kredit götürdüm və tövlə tikməyə başladım. Planlaşdırırdım ki, bu heyvanlardan satıb tikintini tamamlayım. İndi necə edəcəyəm, hansı yolla krediti qaytaracağam, bilmirəm! Bu günə qədər xəstələnmiş mallarımın müalicəsinə 460 manata yaxın pul xərcləsəm də, heç bir irəliləyiş də yoxdur. Yalnız bir heyvan 28 gündən sonra azacıq sağalıb. Rayonumuzun baş baytar həkimi də gəldi mallarımı müayinə etdi və yazdığı reseptə uyğun dərmanları alıb, inəklərə vermişəm. Amma hələ ki, xeyri yoxdur”.

Həkim, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Turistlərlə birələrin yaydığı xəstəlik yüzlərlə can aldı - qorunuruqmu?

Ç.Ağayev qonşularında olan təsərrüfatlarda inəklərin bu xəstəlikdən öldüyünü, amma bu günə kimi onun heyvanları arasında tələfat olmadığını vurğulayıb.

Bürsülüm Kənd Ərazi Baytarlıq Məntəqəsinin müdiri Ələkbər Quliyev isə bütün xəstə iribuynuzlu heyvanların müalicəsinin aparıldığını və bəzi təsərrüfatlarda hətta bir neçə mal-qaranın sağaldığını bildirib: “Burada əsasən inəklərin meşə zolaqlarına yaxın ərazilərdə otladıqları üçün gənələr və ya ağcaqanad tərəfindən yoluxduqları ehtimal olunur. Xəstəliyə yoluxmamaq üçün isə heyvanlar vaxtında çimdirilməlidir. İnsanlara tövsiyə edirik ki, bu xəstəliyə yoluxmamaları üçün heyvanlarını “Krealin” və “Blotik” məhlulları ilə həftədə iki dəfə çimdirsinlər”.

Xəbər lenti
0