CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səriştəsiz rektorlarımızın "şikəst biznesi": hər il qırx min inanır, dünya - yox

© AFP 2023 / YASIN AKGULKitabxanada dərs oxuyan tələbələr, arxiv şəkli
Kitabxanada dərs oxuyan tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Şanxay Reytinq Konsultasiya şirkəti "Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi"ni açıqlayıb. 2003-cü ildən bəri bu reytinq şəffaf metodologiya və obyektiv üçüncü tərəfin məlumatına əsasən, dünyanın aparıcı 500 universitetinin adını təqdim edir. Bu, dünyada etibarlı reytinq sayılır. Bu il isə dünyanın ən yaxşı 1000 universitetinin adı açıqlanıb.

Студенты во время лекции в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tələbəsiz qalan universitetlər – Çarəsi var, iradə tələb olunur

Artıq 17 ildir Harvard Universiteti reytinqdə birinciliyi saxlayır. Stenford Universiteti və Kembric Universiteti uyğun olaraq 2 və 3-cü yerdədir. İlk onluğa daxil olan digər universitetlər Massaçusets Texnologiya İnstitutu (MIT), Berkli, Prinston, Oksford, Kolumbiya, Kaltek və Çikaqodur. Tehran Universiteti 301-400-cü, Təbriz Universiteti isə 901-1000-ci pillələr arasındadır. Azərbaycandan isə siyahıda heç bir universitetin adına rast gəlinmir.

Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Buraya universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Azərbaycanda fəaliyyət göstərən 50-yə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir.

Təhsil eskperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir ali məktəb iyirmi ayrı parametr, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları ilə qiymətləndirilir. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik edir. Rusiyanın 5 ali məktəbi isə ilk yüzlüyə daxil olub.

Azərbaycanda universitetin səlahiyyətləri azaldıldı>>

"Ən etibarlı reytinq Böyük Britaniyanın "Times Higher Education" jurnalı və "Thomson Reuters" agentliyinin hazırladığı reytinq hesab olunur. Bu agentliyin reytinqinin hazırlanması zamanı həmin universitetlərdə təhsilin qiyməti, internetə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi və sair meyarlar əsas götürülür. Təəssüf ki, Azərbaycan universitetləri bu reytinqdə yoxdur. Azərbaycanda ali təhsilin bütövlükdə aşağı səviyyədə olması sirr deyil. Köhnə sovet tədris sistemi davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda professor, müəllim heyəti əsasən Boloniya sistemindən xəbərsizdir, bu sistemin mahiyyətini anlamır. Anlamadığından da onu təhrif olunmuş bir şəkildə tətbiq edir, hər zaman da əleyhinə təbliğat aparır. 

ADU-da payız semestrinin imtahan sessiyası ilə bağlı mediatur keçirilib - Sputnik Azərbaycan
Universitetlərin ödənişsiz yerlərinə ballar aşağı düşəcək
Ali məktəbi əla qiymətlərlə bitirən məzun işsiz gəzib-dolaşır, onunla bərabər oxuyan və ondan çox zəif olan tələbə isə müxtəlif yollarla yaxşı vəzifə tutur. Buna görə də Azərbaycanda təhsilə yalnız diploma sahib olmaq vasitəsi kimi baxırlar. Əlbəttə ki, istisnalar da var", - deyə Əsədov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın təhsil ocaqlarında 165 minə yaxın tələbə təhsil alır. Hər il qəbul planı yerinin 40 minə yaxın olduğunu nəzərə alsaq, təəssüf ki, ali məktəblər qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər.

"Azərbaycanın reytinq cədvəlinə düşməmə səbəblərindən biri də universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır. Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır", - deyə ekspert bildirib.

K.Əsədov hesab edir ki, digər səbəb universitetə əcnəbi tələbə axınının az olmasıdır: "Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi də aşağı səviyyədədir. Yəni bəzi universitetlərin rektorları təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur".

Abituriyentlər imtahan zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Universitetlərə qəbul asanlaşır - Abituriyentlərin şansı artacaq

Onun sözlərinə görə, dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqini tərtib edərkən bir neçə meyarı - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payını nəzərə alır.

"Hesab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır. Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalır. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhlili bilən, dünya təhlilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar", - K.Əsədov əlavə edib.

Xəbər lenti
0