CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda universitetin səlahiyyətləri azaldıldı

Abunə olmaq
Naxçıvan Müəllimlər İnstitutuna yeni səlahiyyət verilib, Bakıdakı "Təfəkkür" Universitetinin isə səlahiyyəti azaldılıb

BAKI, 16 avqust — Sputnik. Nazirlər Kabineti 2010-cu il 14 dekabr tarixli qərarla təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nda dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Naxçıvan Müəllimlər İnstitutu (fəlsəfə doktoru üzrə) "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə" bölməsinə daxil edilib. Qərarla həmçinin Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin adı (fəlsəfə doktoru üzrə) "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə" bölməsindən çıxarılıb.

Xəbər lenti
0