CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toyda qonaqlar zəhərləndilər: yeddisi uşaqdır

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim müayinəsindən sonra zəhərlənən şəxslərə ambulator yardım göstərilib və onlar evə buraxılıblar

BAKI, 26 avqust — Sputnik. Ağdaşda sünnət toyunda zəhərlənən 10 nəfər ötən gecə və səhər saatlarında xəstəxanaya müraciət ediblər.

Xəstəxanada həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Toyda baş verən zəhərlənmənin ilginc səbəbi: niyə məhz qız evi...

Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxslərdə işləmə-qusma əlamətləri müşahidə olunub. Həkim müayinəsindən sonra zəhərlənən şəxslərə ambulator yardım göstərilib və onlar evə buraxılıblar.

Xatırladaq ki, hadisə ötən gün rayonun Cardam kəndində təşkil olunmuş sünnət toyunda qeydə alınıb. Mərasimdə iştirak edənlər – 4 yaşlı Polad Əsgərov, 1 yaşlı Turan Cəbrayılov, 4 yaşlı Əlövsət Cəbrayıllı, 4 yaşlı Zeynəb Cəbrayılova, 3 yaşlı Fərid Cəbrayıllı, 6 yaşlı Seymur Əsgərov, 13 yaşlı Vüsalə Mehdiyeva, 23 yaşlı Ramilə Abbasova, 32 yaşlı Kamilə Məmmədova, 37 yaşlı Yasəmən Cahangirova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0