BAKI, 26 avqust — Sputnik. Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə avqustun 25-dən başlayan yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.
Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadən bildirir ki, yanğın nəticəsində dağlıq ərazidə 10 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Bu gün İsmayıllı rayonunun Pirəbülqasım kəndinin yaxınlığında dağlıq meşə ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 40 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.