CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oğuzda yanğın vəhşi heyvanları kəndlərə qovur - VİDEO, FOTO

© Sputnik / Ilham AhmadovOğuzda meşə yanğını
Oğuzda meşə yanğını - Sputnik Azərbaycan
Abunə olmaq
Tüstü canlılarla yanaşı, texnikanın işinə də ciddi təsir göstərir. Belə ki, tüstülü havada görüntü məsafəsinin qısalması yanğınla mübarizədə çətinlik yaradır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Oğuzda bir neçə gündür meşə yanğını tüğyan edir. Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi, eləcə də yanğınsöndürmə bölmələri və kənd camaatı əraziləri amansız alovun pəncəsindən azad etmək üçün mübarizə aparmaqdadırlar.

Mənzərə ürək dağlayır: dağlıq ərazidə hektarlarla meşə zolağı yanaraq kül olub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yanğının söndürülməsində FHN-in canlı qüvvəsi ilə yanaşı, bir amfibiya təyyarəsi və helikopterləri cəlb olunub.

© Sputnik / Ilham AhmadovOğuzda meşə yanğını
Oğuzda yanğın vəhşi heyvanları kəndlərə qovur - VİDEO, FOTO - Sputnik Azərbaycan
Oğuzda meşə yanğını

Oğuz sakini Dağlar Mehdiyev olanları belə izah edir: "Alovun kəndə yaxınlaşmaması üçün mübarizə aparırıq. Güclü tüstü həm ev heyvanlarına, mal-qaraya, həm də insanlara çətinlik yaradır. Hətta həkimə müraciət edənlər də var".

Ərazinin əksər hissəsinin dağlıq, meşələrin sıx keçilməz olması insanların işləməsinə əngəl yaratdığı üçün əsasən helikopterlərdən və təyyarələrdən istifadə olunur. Tüstü canlılarla yanaşı, texnikanın işinə də ciddi təsir göstərir. Belə ki, tüstülü havada görüntü məsafəsinin qısalması yanğınla mübarizədə çətinlik yaradır. Hazırda güclənən külək də yanğının genişlənməsinə öz "töhfə"sini verir.

Xaçmaz kənd sakini Fuad İsayev yanğın səbəbindən meşə heyvanlarının məcburən kəndə endiyini deyir: "Gecələr kəndlərdə tülküyə, çaqqala, cüyürə, canavara, qırqovula rast gəlmək olar. Özü də sayları xeylidir. Təbii ki, vəhşi heyvanlarla qarşılaşmaq ehtimalı insanları qorxudur".

Hazırda Oğuz rayonunun Xaçmaz, Daşağıl, Ovcullu və digər sərhəd kəndlərinin meşələri yanmaqdadır.

Xəbər lenti
0