BAKI, 24 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 27-də Rusiyaya səfər edəcək.
Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, səfər çərçivəsində Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək.
Səfərin bir günlük olacağı deyilir.
Qeyd edək ki, dünən Ərdoğanın Putin ilə telefon danışığı olub.
Rəsmi Ankara Suriyada Əsəd rejiminin İdlibdəki hücumlarının problemin siyasi həllinə zərər verdiyi fikrindədir. Ərdoğan bu mesajı telefonda Rusiya Prezidentinə çatdırıb, atəşkəsin pozulmasının böyük bir humanitar böhrana yol açdığını söyləyib.