CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yayın son "fürsət paketi": belə havada dənizdən faydalanın

© Sputnik / Irade JELILÇimərlik
Çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək

BAKI, 24 avqust — Sputnik. Avqustun 25-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına istinadla xəbər verir ki, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Əri döymüş gəlini... - Çimərlik həvəskarlarını məyus edəcək iddialar

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.

Xəbər lenti
0