Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Oskar" mükafatına layiq görülmüş aktyor Bekhemə rəqib çıxdı

© AP Photo / Willy SanjuanAmerikalı aktyor Metyu Makkonahi
Amerikalı aktyor Metyu Makkonahi - Sputnik Azərbaycan
Abunə olmaq
"Ostin" Əsas Futbol Liqasında iştirak edəcək dörd klubdan biridir

BAKI, 24 avqust — Sputnik. Amerikalı aktyor Metyu Makkonahi "Ostin" futbol klubunun sahiblərindən birinə çevrilib.

Sputnik Azərbaycan klubun "Twitter" paylaşımına istinadən xəbər verir ki, klub Amerikanın Əsas Futbol Liqasında (Major Soccer League, MLS) 2021-ci ildə çıxış etməyə başlayacaq.

Metyu Makkonahi ilə yanaşı, klubda yeni dörd pay sahibi sırasında "Dell" şirkətinin prezidenti və satış üzrə baş icraçı direktoru Marius Haas da var.

"Ostin" klubunun 20,5 min yerli stadionu da 2021-ci ildə açılacaq.

"Ostin" Əsas Futbol Liqasında iştirak edəcək dörd klubdan biridir. Onların sırasında İngiltərə millisinin keçmiş üzvü Devid Bekhemin sahibi olduğu "İnter Mayami" klubu da var. Bekhemin klubu 2020-ci ildə liqada çıxış etməyə başlayacaq.

Metyu Makkonahi "Dallaslı alıcılar klubu" filmindəki roluna görə "Oskar" mükafatına layiq görülüb. Kinosevərlər onu həmçinin "İnterstellar", "Palçıq" (Mud), "Vəkil üçün linkoln" (The Lincoln Lawyer) filmlərindən, eləcə də "Əsl detektiv" (True Detective) serialından tanıyırlar.

Xəbər lenti
0