Almaniyada PKK ilə bağlı daha əvvəl heç görülməmiş şok məlumatlar açıqlanıb

© AFP 2024 / MUSTAFA OZERУчастники РПК, фото из архива
Участники РПК, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın Daxili İşlər Nazirliyi: "PKK-ya hər il Avropadan 25 milyon avro göndərilir"

BAKI, 24 avqust — Sputnik. Almaniyanın Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan hesabatda terror təşkilatı PKK-ya hər il Avropadan 25 milyon avro göndərildiyi əks olunub.

Türk əsgəri - Sputnik Azərbaycan
Türkiyə İraqın şimalında əməliyyata başladı

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Almaniya Federal Daxili İşlər Nazirliyi ölkənin daxili təhlükəsizliyi ilə bağlı ən mühüm hesabatını açıqlayıb. Hesabatda PKK ilə bağlı daha əvvəl heç görülməmiş şok məlumatlar və sənədlər yer alıb. Hesabatda Almaniyada 14 min 500 PKK üzvü olduğu bildirilərək bunların şiddətə meylli olduğu qeyd olunub. Sənəddə 20 səhifə PKK-dan bəhs olunur.

Hesabatda PKK-nın maddi qaynaq təmin etmə fəaliyyətləri də yer alıb. PKK-nın 2018-ci ildə Almaniyadan 14 milyon avro, bütün Avropadan 25 milyon avro topladığı qeyd edilib. Təşkilatın pul mənbəyinin ianələr, üzvlük haqları, yayımların satışından əldə edilən gəlirlər, tədbirlərdən əldə edilənlər olduğu açıqlanıb.

Öcalanın Ərdoğana yeni barış mesajı – Ekspert kürdlərin əsl niyyəti barədə>>

Hesabata görə, 2018-ci ildə PKK tərəfdarlarının qarışdığı cinayətlərin sayı 1873 olaraq müəyyənləşdirilib. Bu rəqəm 2017-ci ilə görə 82,2 faiz artıb. Daxili İşlər Nazirliyinin hesabatında PKK üçün "Almaniya üçün təhlükə potensialı" - deyə ayrı başlıq da açılıb.

Sənədə görə, PKK Almaniyada ən çox üzvü olan və təsirli gücə malik xarici mənbəli təşkilatdır. Onların kütlələri hərəkətə gətirmə gücləri var. Türkiyə Suriyada əməliyyat keçirərsə, Almaniyada təhlükəsizlik vəziyyəti pisləşəcək, aksiyalar genişlənər.

Xəbər lenti
0