CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan qızılcaya qalib gəlmiş ölkələr siyahısından çıxarıla bilər?

© AFP 2024 / JOE RAEDLEQızılca xəstəliyinə tutulan uşaq
Qızılca xəstəliyinə tutulan uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Afaq Əliyevanın sözlərinə görə, ötən ilin dekabr ayından bu günədək qızılcaya 280 yoluxma faktı aşkar edilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (DST) Böyük Britaniyanı qızılcaya qalib gələn ölkələrin siyahısından çıxarıb. Məlumatda bildirilir ki, bu yoluxucu xəstəlikdən qorunmağa MMR vaksini kömək edir. Birinci vaksin uşağa bir yaşı tamam olanda, digəri isə məktəbə getməzdən əvvəl vurulur.

Laboratoriya, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu qorxunc xəstəlik Azərbaycanda da ölümlərə səbəb olur

Lakin britaniyalı uşaqların zəruri olan 95 faizə qarşı yalnız 87 faizi vaksinin ikinci dozasını alır. İngiltərədə hər yeddi uşaqdan biri tam immunizasiya mərhələsini keçmir. Şotlandiya, Uels və Şimali İrlandiyada vəziyyət bir az yaxşıdır, lakin lazımi səviyyəyə çatmır. Böyük Britaniyada qızılca problemini cəmi üç il bundan əvvəl həll ediblər. Lakin azalan immunizasiya fonunda qızılca yenidən qayıdıb: 2019-cu ilin birinci rübündə xəstəliyə yoluxmanın 231 halı klinik olaraq təsdiqlənib. Böyük Britaniyanın Baş naziri Boris Conson britaniyalıların qızılcadan müdafiə olunmaları üçün təxirəsalınmaz tədbirlərin görülməsinə sərəncam verib.

Qeyd edək ki, Azərbaycanda hələ 2015-ci ildən qızılcaya görə tam eliminasiya (ləğv edilmə) əldə olunub. Amma ötən ildən başlayaraq ölkəmizdə qızılca xəstəliyinə yoluxma, hətta artım halları müşahidə olundu. Bəs görəsən Azərbaycan da Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Böyük Britaniya kimi qızılcaya qalib gələn ölkələrin siyahısından çıxarıla bilərmi?

Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, Avropa ölkələrində qızılca xəstəliyinin yayılmasının əsas səbəbi peyvəndlərlə əhatə səviyyəsinin aşağı olmasıdır. 

Лаборатория - Sputnik Azərbaycan
Ölkəyə təhlükəli xəstəlik qayıdıb – Hər birimiz diqqətli olmağa məcburuq
A. Əliyeva qeyd edib ki, Azərbaycanda qızılca və məxmərək əleyhinə qızılca-parotit-məxmərək (QPM) əleyhinə vaksinlə peyvənd həyata keçirildiyi üçün belə alovlanma baş vermir. Onun sözlərinə görə, ötən ilin dekabr ayından bu günədək qızılcaya 280 yoluxma faktı aşkar edilib. A. Əliyeva deyib ki, ötən ay isə ölkə üzrə qızılcaya iki yoluxma faktı aşkarlanıb. Avqust ayında isə ümumiyyətlə qızılcaya yoluxma faktı təsdiq olunmayıb.

A. Əliyevanın sözlərinə görə, Azərbaycanda qızılcaya qarşı mübarizə tədbirləri, peyvəndləmə işləri səylə davam etdirilir. Ona görə də, ölkəmizin qızılcaya qalib gələn ölkələrin siyahısından çıxarılması təhlükəsi yoxdur. O, qeyd edib ki, xəstəliyin eliminasiyası qeydə alınan müddətdən bir ilədək qarşısı alınmalıdır. Əks halda, eliminasiya ləğv edilir.

Xəbər lenti
0