Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Altı ayın hesabatı: Külli miqdarda narkotik tutuldu

© Sputnik / Anar MustafayevDaxili işlər nazirliyi
Daxili işlər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Altı ayda qeydə alınmış cinayət hadisəsinin 18,3% narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub

BAKI, 21 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ilin yanvar – iyun ayları ərzində qeydə alınmış 13534 cinayət hadisəsinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Пресс-конференция на тему Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əcnəbilərin Bakıda narkotik "sərgüzəştləri"

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, onların da 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,4 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1674 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99 faizi cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət törətmiş şəxslərin 68,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 24,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,8 faizi 18-24 yaşlı, 15,1 faizi 25-29 yaşlı gənclər, 76,8 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2019-cu ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1528,5 kiloqram narkotik maddələrin 746,3 kiloqramını heroin, 518,7 kiloqramını marixuana, 195,9 kiloqramını tiryək, 9,1 kiloqramını həşiş, həşiş yağı və qətranı, 58,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Xəbər lenti
0