CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbilərin Bakıda narkotik "sərgüzəştləri"

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения"
Пресс-конференция на тему Проблема безопасности на дорогах и меры по просвещению граждан о правилах дорожного движения - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, son 6 ildə 317 nəfər xarici ölkə vətəndaşı Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. 2018-ci ildə Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə 58 nəfər xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Marixuana - Sputnik Azərbaycan
CƏMİYYƏT
Maarifləndirmə, yoxsa narkotik vasitənin təbliği...

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2018-ci ilə dair hesabatında qeyd olunub.

Hesabatda qeyd edilib ki, məsuliyyətə cəlb olunmuş xarici ölkə vətəndaşlarından 100 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Әcnəbilərin 39 nəfəri İran İslam Respublikası, 10 nəfəri Gürcüstan, 4 nəfəri Rusiya, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri isə Türkmənistan vətəndaşıdır. Qeyd edək ki, son 6 ildə 317 nəfər xarici ölkə vətəndaşı Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunub.

Xəbər lenti
0