CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tozdan pul çıxaranlar – Sağlamlığımız bahasına var-dövlət qazanırlar

© Sputnik / Murad OrujovВид на комплекс Flame Towers в Баку
Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlər tozlu havanın tənəffüs yolları xəstəlikləri olan şəxslərin səhhətinə mənfi təsir etdiyini söyləyirlər, nazirlik düzələcəyini deyir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosferə hədsiz toz buraxan karxanalara müasir avadanlıqlardan istifadə barədə göstəriş versə də, problem bu günədək həll olunmamış qalır.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Qum karxanasında bədbəxt hadisə - 3 nəfər yandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, araşdırmaların nəticələrinə görə, bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar: "Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir. Daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur. Bu, olduqca acınacaqlı və narahatedicidir. Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib".

Ekspertlər isə daş karxanalarında ətraf mühiti çirkləndirməyən müasir avadanlıqların, daşkəsən kombaynların quraşdırılmasının sahibkarlara sərf etmədiyini, əksər sahibkarların isə bu avadanlıqları almağa maddi imkanı olmadığını söyləyir.

Ekoloq Telman Zeynalov deyir ki, bu gün daş karxanaları ilə bağlı əsas narahatedici məqam karxanaların bir qisminin yaşayış yerlərinə yaxın olmasıdır. Ekoloqun sözlərinə görə, sahibkarlar daş karxanalarından küllü məbləğdə vəsait əldə etdiklərindən, yaşayış məntəqələrinə yaxın olan daş karxanalarının bağlanmasına hər vasitə ilə mane olurlar: 

Daş karxanası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daş karxanalarına qarşı reydlər keçirildi
"Daş karxanalarında mişar daşları işləyəndə ətrafdakı yaşayış məntəqələri tozdan görünmür. Yerdən qalxan toz əlbəttə ki, həmin kənd və qəsəbələrdə yaşayanların həyatı üçün təhlükədir. Ona görə də, yaşayış məntəqələrinə yaxın olan daş karxanalarının fəaliyyətinə yenidən baxılmalıdır. Hansı karxanada tozun qarşısını alan müasir avadanlıqlar yoxdursa, fəaliyyəti də dayandırılmalıdır. Çünki söhbət atmosferin çirklənməsindən, insanların həyatından gedir".

T. Zeynalov deyir ki, ümumiyyətlə yaşayış məntəqələrinə yaxın ərazilərdə daş karxanalarının fəaliyyəti düzgün deyil: "O karxanaların bir qismi sahibkarlar tərəfindən həmin dövrlərdə işləyən rayon icra başçılarına "hörmət" edilərək alınıb. Halbuki vaxtında rayon icra hakimiyyəti başçıları belə hallara imkan verməməli idilər. İndi o sahibkarların fəaliyyətinə qadağa qoymaq mümkün olmasa da, qarşılarında atmosferin çirkləndirilməməsi ilə bağlı tələblər qoyulmalıdır. Çünki həmin qəsəbələrdə uşaqlar böyüyür, xəstə, uşaq var. Hər gün onlar normadan artıq toz udmağa məcbur olurlar".

Ekoloq hava küləkli olduqda vəziyyətin daha dözülməz olduğunu söyləyir. Onun sözlərinə görə, karxanaların bir qismi yaşayış yerlərindən aralıda yerləşsə də, küləkli havada toz uzaq məsafələrə qədər yayılır: "Ona görə də daş karxanalarına nəzarət gücləndirilməlidir. Karxana işlədən sahibkarlar xərc çəkib tozu ətrafa yaymayan avadanlıqlar almalıdırlar".

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirdilər ki, karxana sahiblərinə ötən ilin iyul-avqust aylarında bununla bağlı xəbərdarlıq edilib: "Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bununla bağlı mətbuata açıqlamasında bildirib ki, nazirlik atmosfer havasının təmiz saxlanılmasında maraqlıdır. Bütün karxana sahiblərinə verilən müddət bir qədər uzadılıb və tapşırıq verilib ki, avadanlıqlar yenilənsin. Tələblərə əməl etməyənlərlə bağlı isə nazirlik barışmaz mövqe göstərəcək".

Daş karxanası. Arxiv şəkli - Sputnik Azərbaycan
Daş karxanalarının yerinə süni göllər yaradılacaq

Nazirlikdən bildiriblər ki, Firdovsi Əliyev monitorinqlərin davam edəcəyini söyləyib: "Mövqeyimiz odur ki, havamız təmiz olmalıdır. Kimsə gəlir əldə edəcək deyə kimsənin sağlamlığı hesabına olmamalıdır. Azərbaycan inkişaf etdiyi kimi texnologiya da yenilənməlidir".

Həkimlər də tozlu havanın tənəffüs yolları xəstəlikləri olan şəxslərin səhhətinə mənfi təsir etdiyini söyləyir. Terapevt Emin Dadaşzadə deyir ki, xüsusilə bronxit astması olan xəstələrin tozlu havada nəfəs alması çətinləşir: "Onlarda oksigen çatışmazlığı yaranır. Bu da astması olan xəstələrdə boğulmaya gətirib çıxardır. Küləkli havada isə toz zərrəcikləri daha çox səpələndiyindən, hava küləkli olduqda belə xəstələrin açıq havada gəzmələri məsləhət deyil".

E. Dadaşzadə xroniki allergik xəstəlikləri olan xəstələrin tozlu hava şəraitində açıq havada az olmasının məsləhətli olduğunu söyləyir.

Xəbər lenti
0