CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daş karxanalarına qarşı reydlər keçirildi

© © ƏMDK-nin mətbuat xidmətiDaş karxanası
Daş karxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

BAKI, 28 noyabr — Sputnik. Son zamanlar torpaq sahələrinin istifadəsiz saxlanması, özbaşına zəbtetmə halları aradan qaldırılır. Bu barədə Sputnik Azərbaycan-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat daxil olub.

Daş karxanası. Arxiv şəkli - Sputnik Azərbaycan
Daş karxanalarının yerinə süni göllər yaradılacaq

Məlumata görə, belə torpaqlarda təyinatına zidd olaraq və sənədsiz tikintilərin aparılmasının və torpaqların üst münbit qatının korlanmasının qarşısı alınır.

Komitə tərəfindən aparılan monitorinqlərin davamı daş karxanalarında olub.

Monitorinq zamanı məlum olub ki, müvafiq qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda karxana fəaliyyəti üçün qeyri-qanuni olaraq torpaq sahələri ayrılıb. Karxanalar tərəfindən həmin torpaq sahələrinin məqsədli təyinatı özbaşına dəyişdirilərək mişar daşı istehsal olunur. Baş vermiş qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Bundan başqa Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətində də pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərək işlər dayandırılıb.

Belə karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, kənd təsərrüfatına yararlı torpaq sahələri əkin dövriyyəsindən çıxarılır, onların əvvəlki təyinatı üzrə istifadəsi qeyri-mümkün olur. Belə torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir.

Qeyd edilməlidir ki, cari ildə respublikada mövcud olan 588 daş, qum-çınqıl karxanasından 256-sı tərəfindən torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə fəaliyyəti dayandırılmışdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokollar 155 karxana barədə yazılaraq cərimə tətbiq olunub. 55 karxanada zəbtolunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.

Xəbər lenti
0