Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakıda yeni tikililərdə mənzil qiymətləri artacaqmı - ekspert danışır

© Sputnik / Irade JELILAzərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, hazırda davam edən tikintilər əvvəllər verilmiş sərəncam üzrə davam edir
Elnur Azadov: “Tikinti şirkətləri qiymətləri qaldırmağa məcbur olacaq”

Son aylar ərzində Azərbaycanda 212 tikinti layihəsi təsdiq edilib və mövcud qanunvericilik çərçivəsində tikintiyə icazə icraatı həyata keçirilir. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club” və “Caspian American Club” çərçivəsində keçirilən biznes-forumda deyib.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a deyir ki, bu təsdiqləmələrin böyük iqtisadi təsirləri var:

“Hazırda Bakı şəhəri və ətrafında 200-ə yaxın tikinti var və onlardan 100-ü pilot tikintilərdir. Pilot tikintiləri dayandırılması tikinti şikətlərinin narazılığına səbəb olub. Hazırda davam edən tikintilər əvvəllər verilmiş sərəncam üzrə davam edir. Əgər Arxitektura Komitəsinin yeni tələblərinə uyğun tikinti sıxlıqları şirkətlərin marağına uyğun olarsa, qiymətlərdə uyğun olacaq. Yeni tələblərə görə tikinti şirkətləri qiymətləri qaldırmağa məcbur olacaq. Dəyişikliklər alıcı qabiliyyətinə təsir edirsə, bu bazarda da öz sözünü deyir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0