Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azadlığın qiyməti: Neft istehsalçıları iflasa uğrayırlar

© AP Photo / Eric GayНефтяной насос и танкеры, фото из архива
Нефтяной насос и танкеры, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uzun illər boyu ABŞ xarici neft hasilatçılarından azad olmaq arzusu ilə yaşayıb, indi isə bunun “bəhrəsini” görür

BAKI, 21 avqust — Sputnik. ABŞ-ın neft hasilatında rekord qırdığı bir vaxtda, onun neft şirkətləri iflasa uğramaq təhlükəsi ilə üz-üzə qalıb. Burada söhbət ilk növbədə şist neft hasilatçılarından gedir. İflas təhlükəsi qara qızıla olan tələbatın azalması və bazarda neft bolluğunun müşahidə olunması ilə bağlıdır.

ABŞ dolları - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Əks-effekt: Sanksiyalar Rusiyanın neft şirkətlərinə külli miqdarda pul qazandırır

Sputnik Azərbaycan xəbər verir ki, sözügedən problemlərin ABŞ-ın xarici neft hasilatçılarından azadlıq qazanmış neft şirkətlərinə yaratdığı təhlükədən RİA Novosti-nin şərhçisi Natalya Dembinskaya yazıb.

Hasilat artır

Dünya üzrə neftə olan tələbat hasilatdan geri qalır - hazırda tələbat hər il 1,2 faiz artır, 20 il əvvəl isə təxminən üç dəfə sürətlə artırdı. Bununla yanaşı, ABŞ-da qara qızılın hasilatı artmaqdadır – il ərzində hasilat təxminən 12 faiz (10,96 milyon bareldən 12,45 milyon barelə) artıb. 2020-ci ildə isə hasilatın əlavə olaraq 7,5 faiz, yəni 13,39 milyon barelə artacağı gözlənilir.

Bu vəziyyət xüsusən kiçik şist neft şirkətləri üçün təhlükəlidir. Mayda Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edib ki, şist neft şirkətlərinin rekord səviyyədə fəallığına baxmayaraq onları qarşıda yeni bazar şoku gözləyir. Agentliyin hesablamalarına görə, 2014-2015-ci illərdə olduğu kimi 2020-ci ilin əvvəllərində də dünya neft bazarında təklif bolluğu müşahidə ediləcək – hasilat tələbatı sutkada təxminən iki milyon barel üstələyəcək.

Qeyd etmək lazımdır ki, şist neft yataqları adətən tez tükənir. Bu səbəbdən şist neft şirkətləri daim yeni quyular qazmalıdırlar ki, hasilatı və gəlirliliyi qoruyub saxlasınlar. Buna görə də şist neft şirkətlərinin inkişafa və səhmdarlara ödəmək üçün pulları qalmır. Digər bir yandan isə neft qiymətinin 60 dollar ətrafında var-gəl etməsi vəziyyəti daha da çətinləşdirir. Qeyd edək ki, neft qiymətləri keçən il hətta 75 dolları keçirdi.

Amerikanın Şimali Dokota ştatının Tioqa şəhərində Hess neft-qaz emalı zavodu - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dünya neft-qaz ehtiyatının üçdə biri sanksiyalar altındadır

OPEC-in səyləri kifayət etmir

Beynəlxalq Enerji Agentliyinin analitikləri əmindirlər ki, OPEC-in neft hasilatını aşağı səviyyədə saxlamaq səyləri kifayət etmir. Yəni qiymətlər düşməyə davam edir. Bu isə şist neft şirkətləri üçün pis xəbərdir.

Qeyd edək ki, texnologiyaların inkişafı və yüksək neft qiymətləri 2010-2014-cü illərdə şist neft hasilatına sərmayə qoyuluşunda artıma səbəb olub. Lakin 2015-ci ildə qara qızıl kəskin şəkildə ucuzlaşıb və şist neft hasilatçıları "sağ qalmaq" üçün mübarizəyə başlayıblar. Həmin vaxt borcları ümumilikdə 70 milyard dolları keçən yüzə yaxın neft hasilatçısı bir il ərzində müflis olub.

Amerikanın "Haynes and Boone" hüquq şirkətinin hesablamalarına görə, 2015-ci ildən etibarən borcları 106 milyard dolları keçən 192 neft hasilatçısının müflisliyi qeydə alınıb. Bundan başqa, neft sənayesində xidmət göstərən 185 şirkətin də (65 milyard dollar borc ilə) müflisləşdiyi qeyd olunur. Analitiklər bütün bunlara səbəb kimi iqtisadiyyatda müşahidə olunan tənəzzülün fonunda enerji daşıyıcılarının qiymətlərinin aşağı olmasını göstərirlər.

Hazırda buna oxşar bir hadisə baş verməkdədir. Apreldən iyunadək "WTI" neftinin qiyməti 23 faiz düşüb. Nəticə etibarilə isə neft quyularının qazılması üzrə aparıcı şirkətlərdən biri "Weatherford" mayda müflisləşdiyini elan edib. Bundan başqa neft və qaz axtarışı və hasilatı üzrə ixtisaslaşmış "California Resources" şirkəti problemlərlə üzləşib. Bu sənayenin kiçik oyunçuları – "Bristow Group", "PHI", "Jones Energy" və "Rex Energy" şirkətləri isə borclarının ağırlığı altında iflasa uğrayıblar.

Сотрудники службы безопасности порта Шахид-Бехешти в Оманском заливе  - Sputnik Azərbaycan
Oman körfəzində gərginlik: İki neft tankerinə hücum oldu

Sərmayə qıtlığı

Bu vəziyyəti sərmayədarlar düzəldə bilərdilər, lakin görünür onlar şist neft layihələrindən üz döndəriblər.

"Hələ 2015-ci ilin qiymət böhranı zamanı zərər çəkmiş bir sıra maliyyə problemli hasilatçıların sərmayədarları çox güman ki, xam neft qiymətlərinin artmasının faydalı olacağına və vəziyyəti düzəldəcəyinə ümidlərini itiriblər" - "Haynes and Boone" şirkətinin analitikləri deyib.

On il ərzində 40 nəhəng şist neft şirkəti bu sənayenin layihələrinə qazandıqlarından 200 milyard dollar çox yatırıblar. Minlərlə şist neft quyuları sərmayədarlara vəd ediləndən az neft hasil edirlər. Keçən il Uoll-Strit bu sahəyə 2017-ci ildən iki dəfə az sərmayə yatırıb. Amerikanın aparıcı "Goldman Sachs" investisiya bankı isə xəbərdarlıq edib ki, 2025-ci ilə şist neft artıq iqtisadi əhəmiyyətini itirəcək.

Sərmayələrin azalmasının səbəblərindən biri odur ki, şist yataqlarında hasilat sürətlə azalır və istehsalatı yüksək səviyyədə saxlamaq üçün şirkətlər daim yeni quyular qazmalıdırlar. Bu isə böyük xərclər deməkdir.

Digər bir səbəb isə qazıntı zamanı ekoloji məhdudiyyətlər və ya alternativ yanacaq növlərinə keçidlə bağlıdır.

"Sərmayədarlar narahatdırlar ki, neft şirkətləri pullarını tənəzzülə uğrayacaq bir sahəyə xərcləyirlər. Bu isə elektromobillərin və hibrid avtomobillərin populyarlığının artması ilə qaçılmaz olub" - Nyu-Yorkun "Matrix Asset Advisors" sərmayə şirkətinin prezidenti Devid Kats qeyd edib.

İnfoqrafika İxrac - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanın qeyri-neft məhsullarının ixracı: Rəqəmlər

Dünya üzrə neft bolluğunun qiymətlərin düşməsinə səbəb olduğu bir şəraitdə şist neft şirkətləri daim pul itirirlər. Onlar yalnız səhmlərini satmaqla və yeni borclar götürməklə biznesdə qala bilirlər.

Uzun illər boyu ABŞ xarici neft hasilatçılarından azad olmaq arzusu ilə yaşayıb. Ölkə bu arzusuna çatıb: ABŞ-ın neft şirkətləri hazırda rekord həcmdə xam neft və qaz istehsal edirlər və hətta ixracatçılar sırasında liderə çevriliblər. Lakin "The New York Times" qəzetinin vurğuladığı kimi, ABŞ şirkətləri üçün bu azadlığın qiyməti həddindən artıq böyük olub.

Xəbər lenti
0