Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əks-effekt: Sanksiyalar Rusiyanın neft şirkətlərinə külli miqdarda pul qazandırır

© pixabay / JulitaABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ tərəfindən İran və Venesuelaya qarşı tətbiq edilmiş sanksiyalar rusiyalı neft ixracatçılarının xeyrinə işləyib

BAKI, 16 avqust — Sputnik. ABŞ-ın İran və Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya xam neftinə olan tələbatın və rusiyalı neft ixracatçılarının gəlirlərinin artmasına səbəb olub.

Sputnik Azərbaycan "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Rusiyanın neft şirkətləri 2018-ci ilin noyabrından 2019-cu ilin iyulunadək ən azı 905 milyon dollar dəyərində əlavə gəlir əldə ediblər.

Нефтяной насос и танкеры, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Neft ölkələri yeni "neft şoku"na indidən hazırlaşmalıdır"

Qeyd edilir ki, OPEC və onun tərəfdarlarının neft hasilatını azaltmaları fonunda ABŞ sanksiyaları Rusiya neftinə olan tələbatı artırıb. Nəticədə Rusiyanın "Urals" markalı nefti "Brent" neftinə premiya ilə satılmağa başlayıb. Bundan əvvəl "Urals" ənənəvi olaraq "Brent" neftinə nisbətdə endirimlə satılırdı. Bu endirimin həcmi keçən ilin noyabrında Vaşinqtonun İran neftinin satışına dünya üzrə məhdudiyyətlər qoymasından sonra azalmağa başlayıb. 2019-cu ilin əvvəlindən etibarən isə "Urals" artıq endirimlə yox, premiya ilə satılır.

Xatırladaq ki, keçən il Vaşinqton İranla imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib. Yeni sanksiyalar həmçinin İranın digər ölkələrlə biznes əlaqələrini də əhatə edib. Qeyd edək ki, Vaşinqton bu sanksiyalara bəzi ölkələr üçün istisnalar da əlavə edib. Belə ki, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya və Türkiyə 2019-cu il mayın 2-dək bu sanksiyalar çərçivəsində məsuliyyətdən azad ediliblər. Başqa sözlə, Vaşinqton adıçəkilən ölkələrin İrandan neft almasına görə onlara qarşı sanksiya tətbiq etməyəcəyi öhdəliyini verib. Lakin Ağ Ev İran neftinin ixracını sıfıra endirmək üçün bu ölkələrə verilmiş müddəti sonradan artırmamaq qərarına gəlib.

Bundan başqa, ABŞ yanvarın sonunda Venesuelanın milli neft və qaz şirkətinə (PDVSA) qarşı sanksiyalar tətbiq edərək, şirkətin ABŞ yurisdiksiyasında olan 7 milyard dollarlıq aktivlərini dondurub. Ağ Evin məlumatına görə, şirkət neft daşımalarında əlavə olaraq 11 milyard dollar itki ilə üzləşəcək.

Xəbər lenti
0