BAKI, 20 avqust — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Rusiyanı tam Avropa gələcəyinin gözlədiyinə əmindir. O, bunu rusiyalı həmkarı Vladimir Putinlə baş tutmuş görüşündən sonra "Twitter" paylaşımında deyib.
"Biz Lissabondan Vladivostokadək uzanan Avropaya inanırıq", - Makron qeyd edib.
Putinlə Makron arasında danışıqlar bazar ertəsi Fransanın cənubunda yerləşən Fort Breqansonda baş tutub. Danışıqların üç saatdan çox davam etdiyi bildirilir. Liderlərin görüşünün əsas hissəsi media üçün bağlı rejimdə keçirilib.
Radio Sputnik-in efirində danışan politoloq Yuri Svetov Fransa prezidentinin bu bəyanatını şərh edib.
"Makron artıq müəyyən müddətdir ki, Avropa əməkdaşlığını diriltmək üçün təşəbbüs göstərir. O, liderliyi pensiyaya getməyə hazırlaşan Merkelin (Almaniya Kansleri Angela Merkel - red.) əlindən almaqdadır. Makronun böyük gələcəyinin olduğu görünür, onu irəlidə ikinci prezident seçkiləri gözləyir ki, orada o, müəyyən irəliləyiş nümayiş etdirməlidir", - Svetov deyib.
"O, görünür, çalışacaq ki, Fransa və Rusiya arasında, eləcə də Avropa İttifaqı və Rusiya arasında əməkdaşlığı ən azından 2014-cü ilədək olan səviyyəyə qaytarsın. Görək o, bu işdə nə dərəcədə müvəffəq olacaq", - ekspert deyib.