CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayağını pəncərədən çıxaran sürücü polislərə qəribə izahat verdi

© Sputnik / Rahim MuradovNövbətçi hissənin avtomobili
Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Polisə "dərs keçən" sürücünün işinə Mingəçevir Şəhər Məhkəməsində baxılacaq

BAKI, 13 iyul — Sputnik. Hərəkətdə olan avtonəqliyyat vasitəsindən ayağını bayıra çıxaran sürücünün kimliyi müəyyən olunub.

Masallıda baş verən dəhşətli qəza - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dəhşətli qəzanı törədən sürücü ilə bağlı daha bir açıqlama
 Bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs 35 yaşlı Mingəçevir şəhər sakinidir: "Onunla profilaktik söhbət aparılıb, əməlinin hüquqazidd olduğu izah olunub. Lakin həmin şəxs öz çoxillik sürücülük təcrübəsini əsas gətirərək bu əməlinin heç də təhlükəli olmadığını bildirib".

Vaqif Əsədov qeyd edib ki, inzibati xəta tərkibi yaradan sürücünün əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Xəbər lenti
0