BAKI, 14 yanvar - Sputnik. Dubay restoranlarının birində qeyri-adi qaydalar tətbiq olunub.
Oxu.Az xəbər verir ki, qablarında yemək qalan müştərilər cərimə ödəməli olacaqlar.
Cərimənin məbləği təxminən 14 dollar olacaq.
Bildirilir ki, bununla da restoran sahibləri qida məhsullarının israfçılığını azaltmaq və müştərilərin yemək sifarişi zamanı daha düşünülmüş yanaşma sərgiləməsinə nail olmaq istəyirlər.