Prezident iki il yarıma 5 milyard dollar itirdi

© REUTERS / JONATHAN ERNSTBirləşmiş Ştatlar prezidenti Donald Tramp
Birləşmiş Ştatlar prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"Ona görə ki, hər gün məni nəyəsə görə məhkəməyə verirlər".

BAKI, 15 avqust — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, ölkə başçısı postunda olduğu vaxt 3-5 milyard dollar vəsait itirib. Bu barədə Sputnik Azərbaycan "NBC" telekanalına istinadən xəbər verir.

ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Kor kora... - Tramp Hollivudu "irqçi" adlandırdı

"Ola bilsin ki, bu (prezidentlik) mənə 3-5 milyard dollara başa gəlib... lakin bu məni narahat etmir, bu mənim vecimə deyil. Bilirsiniz, əgər siz varlısınızsa, bunun heç bir əhəmiyyəti yoxdur. Mən sadəcə işimin öhdəsindən layiqincə gəlmək istəyirəm", - deyə Tramp bildirib.

Prezidentin sözlərinə görə, bu məbləğin əhəmiyyətli hissəsi vəkillərə xərclənib: "Ona görə ki, hər gün məni nəyəsə görə məhkəməyə verirlər".

"NBC" telekanalı vurğulayır ki, Trampın bəyanatını "praktiki olaraq yoxlamaq mümkün deyil". Çünki o, ictimaiyyətə vergi bəyannaməsini təqdim etməyib, əvvəllər isə öz varidatının həcmini artırdığı üçün həbs olunub.

Xəbər lenti
0