BAKI, 9 iyul — Sputnik. Azərbaycanlı rəqqaslar və pianoçular Azərbaycan Rəqs Assosiasiyası və Gənclər İttifaqının dəstəyi ilə Batumidə keçirilən "Qold star -2019" (Qızıl ulduz-2019) beynəlxalq incəsənət festivalında uğurla çıxış ediblər.
![Azərbaycanlı istedadlar Batumidə birinci olublar Azərbaycanlı istedadlar Batumidə birinci olublar - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/42106/18/421061881_0:0:1280:960_600x0_80_0_0_6d61c1de8b8dfd196385ae6793bd03c1.jpg)
Müsabiqədə Türkiyə və İran kollektivləri də iştirak edib. Azərbaycanı isə Ağcabədi şəhərinin "Qarabağ" rəqs kollektivi, Rauf Hacıyev adına 15 nömrəli uşaq musiqi məktəbinin pianoçuları təmsil edib. Azərbaycan Gənclər İttifaqının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, azərbaycanlı iştirakçılar Qran-prini əldə ediblər və birinci yeri tutublar.
![Azərbaycanlı istedadlar Batumidə birinci olublar Azərbaycanlı istedadlar Batumidə birinci olublar - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/42106/18/421061876_0:0:1000:750_600x0_80_0_0_b8cf448e604de1a0fe4fa367c589f3bc.jpg)
Mükafatları Nərgiz Babayeva və Gülşən Səfərovanın rəhbərlik etdiyi "Qarabağ" kollektivi, "Buta" ansamblı, Fatimə Əhədli, Mənsurə Məmmədova, Naidə Qasımova, Rüstəm Cəfərzadə, Hüseynağa Cəfərzadə və digərləri qazanıblar. Mükafatın Qran-prisini Fatimə Əhədli və Hüseynağa Cəfərzadə əldə ediblər.