BAKI, 14 avqust — Sputnik. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprin APOEL futbol klubuna məğlub olaraq mübarizəni dayandıran "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Sputnik Azərbaycan xəbər verir ki, ağdamlılar Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün Şimali İrlandiyanın "Linfild" klubunu məğlub etməlidirlər. Belə ki, "Linfild" Avroliqanın 3-cü təsnifat mərhələsində Monteneqronun "Sutyeska"sını mübarizədən (2:1, 3:2) kənarlaşdıraraq Ağdam təmsilçisinə rəqib olub.
Qeyd edək ki, pley-off-un oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.