Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Oyunçu diri xoruzun başını dişləriylə üzdü

CC0 / Irina_kukuts / Rooster Петух, фото из архива
Петух, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Biksant Larrald adlı oyunçu bu hərəkəti edərkən yanındakı yoldaşları bağıraraq gülüblər

BAKI, 13 avqust — Sputnik. Bask pelotası (baskların topla oynanan milli idman növü - red.) üzrə fransız komandasının oyunçusu kamera qarşısında diri xoruzun başını dişləriylə üzüb atıb.

Sputnik Azərbaycan bildirir ki, məlumatı The Guardian yayıb.

Biksant Larrald adlı oyunçu bu hərəkəti edərkən yanındakı yoldaşları bağıraraq gülüblər. Videonu izləyən heyvan haqları müdafiəçiləri qəzəbləniblər. 

Xoruz - Sputnik Azərbaycan
İsveçrəlilərin sabahı necə açılacaq - məhkəmədən qəribə hökm

MesOpinions saytında oyunçunu sponsor dəstəyindən məhrum edərək komandadan qovmaq üçün petisiya yerləşdirilib. Sənədi 29 mindən çox adam imzalayıb. Larraldı iri həcmdə cərimə və məhkəmə gözləyir. Fransada heyvanlara qarşı qəddar davrananlar 30 min avro məbləğində cərimə olunurlar.

Bu hadisəyə Bricit Bardo Fondu və 30 Millions d’Amis təşkilatı da biganə qalmayaraq, oyunçunun məhkəmədə cavab verməsinə çalışacaqlarını bildiriblər.

Larrald deyib ki, əməlinin səhv olduğunu anlayır və bunun "pis olduğunu" başa düşür.

Əsəbi zəif olanları və hərəkətin iyrəncliyini nəzərə alaraq görüntüləri təqdim etmirik.

Xəbər lenti
0