FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Duaların qəbul olduğu yer - haqqında əfsanələr dolaşan təbiət möcüzəsi - FOTO

Abunə olmaq
İnsanlar buraya qurban kəsməyə, arzularının yerinə yetməsi üçün dua etməyə, bir çoxları isə sadəcə əsrarəngiz təbiət abidəsini izləməkçün üz tuturlar

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Əsrarəngiz mənzərə, təmiz hava və inanclar buranı yay aylarında bölgənin ən çox üz tutulan ziyarətgahına çevirir. İnsanlar buraya qurban kəsməyə, arzularının yerinə yetməsi üçün dua etməyə, bir çoxları isə sadəcə əsrarəngiz təbiət abidəsini izləməkçün üz tuturlar. Söhbət Gədəbəy və Tovuz rayonları arasında, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağından gedir.

Beşbarmaq dağı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Beşbarmaq dağının sirri – Pir, inanc yeri və qədim istehkam

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, Haçaqaya dağı inzibati bölgüdə Tovuz rayonu ərazisinə düşsə də, buraya nisbətən rahat yolla Gədəbəy ərazisindən getmək mümkündür. Bir-birindən düz bucaq formasında ayrı düşən 3 böyük qaya 100 illərdir öz görkəmilə insanlarda bir maraq yaradır. Nəticədə haqqında rəvayətlər dolaşır, əfsanələr yaranır. Haçaqaya dağı haqqında ən çox danışılan və onun ziyarətgaha çevrilməsinə səbəb olan əfsanə isə IV Rəşidi xəlifəsi Əli ibn Əbu Talibin adı ilə bağlıdır.

Əfsanəyə görə, xəlifə Əliyə xəbər çatır ki, Tovuz-Qazax ellərində Salsal adlı bir pəhləvan müsəlmanlara zülm edir. Buna görə Azərbaycana gələn Həzrəti Əli Haçaqaya dağlarında Salsal pəhləvanla üz-üzə gəlir. Qılıncı ilə pəhləvana zərbə endirsə də, Salsalı kəsmir. Hz. Əli hirslənərək qılıncı dağa çırpır. Dağ iki yerə bölünür və Haçaqaya yaranır.

Pirin nəzarətçisi: "Ərazidən üç maşın şüşə sınığı yığdırdıq">>

Rəvayətə görə, Hz. Əli zalım pəhləvanı Zəyəm çayına ataraq qalib gəlir. Bundan sonra burada namaz qılır, süfrə açıb yemək yeyir və ölkəsinə qayıdır. Bu əfsanəyə uyğun olaraq uzun illərdir insanlar Haçaqaya dağına gələrək Hz. Əlinin süfrə açdığı yerdə qurban kəsir, qayaların arasını gəzir və sonda xəlifənin dirsək və atının nal izi olduğu söylənilən qayanı ziyarət edərək evlərinə dönürlər. Bəzi ziyarətçilər Haçaqayadan daş parçası qopararaq bərəkət, ruzi rəmzi olaraq evlərinə aparırlar.

Bütün ziyarətgahlar kimi Haçaqayanın da baxıcısı və abadlığı ilə məşğul olan şəxs var. Hazırda bu missiya Gədəbəy rayon sakini Nurəddin Əsgərov tərəfindən həyata keçirilir. Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində N.Əsgərov ərazinin ziyarətgah olaraq min ildən çox yaşı olduğunu bildirib. Ötən əsrin 70-ci illərinə kimi insanların ziyarətə atla, ulaqla, yaxud piyada gəldiklərini söyləyib. Onun sözlərinə görə, əraziyə ilk avtomobil yolu onun babası tərəfindən çəkilib.

"Babam Seyid Mirsadıq bölgənin sınaqlı seyidlərindən olub. Ona verilən nəzirlər hesabına buraya ilk dəfə maşın yolu çəkdirib. Ondan sonra ziyarətgaha daha kütləvi axın başlayıb. Babamın ölümündən sonra bir müddət buralar baxımsız qalsa da, müstəqillik dövründən başlayaraq imkanlı şəxslərin köməyilə burada ziyarətçilər üçün daha yaxşı şərait yaratmağa çalışırıq", - deyə N.Əsgərov məlumat verib.

N.Əsgərov buraya ən çox yay aylarında insanların kütləvi şəkildə ziyarətə üz tutduğunu bildirib:

"Haçaqaya ziyarətgahı duaların qəbul olduğu yerdir. Əvvəllər yalnız Gəncə-Qazax zonasından insanlar gəlirdilərsə, indi bütün Azərbaycandan ziyarətçilər buraya üz tuturlar. İnsanlar ziyarət edir, əhd edirlər ki, niyyətimiz qəbul olsun, gəlib qurban kəsəcəyik. Niyyətləri qəbul olduqdan sonra gəlirlər, qurbanlarını kəsirlər. Yay aylarında burada gün ərzində 30-40-50 qurban kəsilir".

Haçaqaya dağı hansı niyyətlə gedilməsindən asılı olmayaraq, Azərbaycanın gəzməli və görməli yerlərindən biri hesab edilir.

© Sputnik / Ilham Mustafayev Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağı
Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağı - Sputnik Azərbaycan
1/10
Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağı
© Sputnik / Ilham MustafayevHaçaqaya ziyarətgahına qalxan yol
Haçaqaya ziyarətgahına qalxan yol - Sputnik Azərbaycan
2/10
Haçaqaya ziyarətgahına qalxan yol
© Sputnik / Ilham MustafayevHaçaqaya ziyarətgahına gələnlərin niyyət yaylıqları
Haçaqaya ziyarətgahına gələnlərin niyyət yaylıqları - Sputnik Azərbaycan
3/10
Haçaqaya ziyarətgahına gələnlərin niyyət yaylıqları
© Sputnik / Ilham MustafayevDəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağı
Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağı - Sputnik Azərbaycan
4/10
Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağı
© Sputnik / Ilham MustafayevDəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağı
Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağı - Sputnik Azərbaycan
5/10

6/10

7/10
Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağı
© Sputnik / Ilham MustafayevHaçaqaya ziyarətgahı
Haçaqaya ziyarətgahı - Sputnik Azərbaycan
8/10
Haçaqaya ziyarətgahı
© Sputnik / Ilham MustafayevHaçaqaya
Haçaqaya - Sputnik Azərbaycan
9/10
Haçaqaya
© Sputnik / Ilham MustafayevHaçaqaya ziyarətgahı
Haçaqaya ziyarətgahı - Sputnik Azərbaycan
10/10
Haçaqaya ziyarətgahı
Xəbər lenti
0