10:52 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
8 qapı piri

Pirin nəzarətçisi: "Ərazidən üç maşın şüşə sınığı yığdırdıq"

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
585 0 0

Çətinə düşənlər, sıxıntısı olanlar, qorxu yaşayanlar, hamilələr, uşağı ola bilməyənlər bu pirə pənah gətirirlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Pirlər, ziyarətgahlar hər zaman insanların ümid yeri olub. Bakının qəsəbələrində çox sayda ziyarətgahlar var ki, onlarla bağlı rəvayətlər bu günə qədər gəlib çıxıb. Və bu gün də insanlar həmin pirləri ziyarət edirlər.

8 qapı piri
© Sputnik / Irade JELIL
"8 qapı" piri

Maştağada çox adamın baş çəkdiyi "Seyidlər qəbristanlığı" var. Ağacların arasında olan məzarlar qədim tarixə malikdir. Burada bir neçə seyid və onların yaxınları dəfn ediliblər. Qəbristanlığı ziyarət edəndə qəribə bir rahatlıq hiss edirsən.

Burada ən çox ziyarət olunan "8 qapı" piridir. Deyirlər ki, orada Aqil baba adlı seyidin doğuş zamanı dünyasını dəyişən qızı dəfn edilib. İnanclara görə, doğuş zamanı dünyasını dəyişən qadın şəhid hesab edilir, cənnətə düşür. Sonradan məzarın üzərində cənnət qapılarını əks etdirən "8 qapı" tikilib.

8 qapı piri
© Sputnik / Irade JELIL
"8 qapı" piri

Çətinə düşənlər, sıxıntısı olanlar, qorxu yaşayanlar, hamilələr, uşağı ola bilməyənlər bu pirə pənah gətirirlər.

Pirə nəzarət edən və xüsusi dini ayinlərin keçirilməsində ziyarətçilərə yardım edən Mirtofiq Seyidrza oğlunun sözlərinə görə, hər gün onlarla adam pirə gəlir, ziyarət edir.

Pirdə səkkizinci qapının üzərində dəmir parçası var. Qapıları gəzib çıxan şəxslər 8-ci qapıdan çıxanda həmin dəmir parçasına döyürlər. Güya gözlənilmədən çıxan səs həmin şəxsi diksindirir və daxilində olan qorxuluğu çıxarır.

Seyid Mirtofiq kişi
© Sputnik / Irade JELIL
Seyid Mirtofiq kişi

Seyid Mirtofiq kişi bizə pirin üzərində qoyulmuş dəmir parçası haqqında məlumat verir. Dediyinə görə, sovet dövründə belə yerlər qadağan idi. İnsanlar bu pirə az gəlirdilər. O vaxtlar pirə gələnlər şüşə sındırırdılar. 90-cı illərdən sonra pirə gələnlərin sayı artıb. Elə o vaxt başa düşüblər ki, burada ziyarətə gələnər üçün şüşə sındırmaq təhlükəlidir: "Burada o qədər şüşə qırığı vardı ki, deməklə dilə gəlməz. Biz o qırıqları maşınlarla daşıtdırdıq. Elə həmin vaxt cümə məscidinin axundlarına müraciət etdik. Dedik ki, şüşə sındırmağın qarşısını almaq lazımdır. Bu zaman yeni üsul ortaya gəldi - bu dəmirdöymə 1990-cı illərdən var".

Seyidin sözlərinə görə, "8 qapı" rəmzi olaraq cənnət qapılarını ifadə edir. İnsanlar buraya gələrək rahatlıq tapırlar: "Biz də diksindirir, qorxusunu alırıq. Bəzi şəxslər xahiş edirlər ki, onlar üçün dəmir vurmayaq. Məsələn, hamilə qadınlar üçün dəmiri döymürük".

  • 8 qapı piri
    "8 qapı" piri
    © Sputnik / Irade JELIL
  • 8 qapı piri
    "8 qapı" piri
    © Sputnik / Irade JELIL
  • 8 qapı piri
    "8 qapı" piri
    © Sputnik / Irade JELIL
  • 8 qapı piri
    "8 qapı" piri
    © Sputnik / Irade JELIL
  • 8 qapı piri
    "8 qapı" piri
    © Sputnik / Irade JELIL
  • 8 qapı piri
    "8 qapı" piri
    © Sputnik / Irade JELIL
  • 8 qapı piri
    "8 qapı" piri
    © Sputnik / Irade JELIL
  • 8 qapı piri
    "8 qapı" piri
    © Sputnik / Irade JELIL
  • 8 qapı piri
    "8 qapı" piri
    © Sputnik / Irade JELIL
  • 8 qapı piri
    "8 qapı" piri
    © Sputnik / Irade JELIL
1 / 10
© Sputnik / Irade JELIL
"8 qapı" piri

Seyid deyir ki, Seyid Aqil babanın əsl adı Seyid Hüseyn olub. Hamı onunla məsləhətləşdiyi üçün ona Aqil (Əql) – yəni ağıllı baba deyərlərmiş. Sağlığında onun yanına hətta Şah Abbasın da gəldiyini deyirlər.

Bundan başqa, qəbristanlıqda güclü hesab edilən seyidlərin dəfn edildiyi "Göy Günbəz", "Seyidibadağa" ocağı adlanan türbələr də var. Qəbristanlığa ziyarətə gələnlər bu türbələri ziyarət edir, nəzir verir, diləklərini dilə gətirirlər.

Onu da qeyd edək ki, burada heç kimdən pul, nəzir tələb olunmur, heç kim pirə inanmağa məcbur edilmir. Ziyarətçilərin çox olmasına baxmayaraq, digər yerlərdə olduğu kimi, növbə də yoxdur.

Əsas mövzular