BAKI, 11 avqust — Sputnik. Uşaq alverində və seksual təcavüzdə ittiham olunan milyarder Cefri Epşteyn öz kamerasında ölü tapılıb.
Sputnik Azərbaycan bildirir ki, ötən həftənin cümə gecəsi (avqustun 9-da) baş verən intihar hadisəsini internet istifadəçiləri sui-qəsd adlandırıblar.
Daily Mail-in yaydığı məlumata görə, Cefri Epşteynin uşaq alveri üzrə ittihama görə məhkəməsini gözlədiyi Aşağı Manhettendəki həbsxanada onun ölümü günü nəzarətçilər prosedura riayət etməyərək kameraları hər yarım saatdan bir yoxlayıblar.
Adının açıqlanmasını istəməyən mənbə nəşrə deyib ki, iki gözətçi həbsxanada hər yarım saatdan bir baxış keçirməli, intihara cəhd edən müttəhimləri isə hər 15 dəqiqədən bir yoxlamalıdır.
Bundan əvvəl, iyulun 23-də Epşteyn öz kamerasında huşsuz halda tapılmışdı. Onun boğazında şübhəli ləkələr vardı və özünə xəsarət yetirdiyi, yaxud hücuma məruz qaldığını ayırd etmək mümkün deyildi. İyulun 29-da xəbər yayıldı ki, "daha intihar riskinə məruz qalmadığı üçün" Epşteyn əlavə nəzarətdən azad olunur.
"Onun özünə qəsd eləyəcəyinə dair heç bir əlamət sezilmirdi. Gördüyüm qədərilə, o, nəhayət ki, həbsxanaya alışmağa başlayırdı. Fikirləşirəm ki, yeni sərt həyat onu qane edirdi", - Epşteyni həbsdə bir neçə dəfə görən mənbə Daily Mail-ə bildirib.
Başqa bir mənbə isə iddia edib ki, ölümündən bir neçə həftə əvvəl Epşteyn kamera yoldaşları və nəzarətçilərə kiminsə onu öldürməyə çalışdığını deyib.
Cümə gecəsi Epşteyn öz kamerasında asılmış vəziyyətdə aşkar olunduqdan sonra ABŞ-ın baş prokuroru Uilyam Barr FTB-yə və Baş müfəttişə onun ölüm səbəbi ilə bağlı araşdırmalara başlamağı tapşırıb.
"Həbsdə olan Cefri Epşteynin açıq-aşkar intiharı xəbərini eşidib sarsıldım. Cənab Epşteynin ölümü cavabını tələb edən ciddi suallar doğurur. FTB-nin istintaqından əlavə, mən Baş müfəttişlə də məsləhətləşdim, o da Epşteynin ölümünü araşdıracaq", - Barr deyib.
Məmurlar bildiriblər ki, FTB adətən federal penitensiar müəssisələrdə intiharları araşdırmasa da, milyarderin cinayət işinin xarakterini nəzərə alaraq ehtiyat tədbirləri görmək vacibdir.
FTB milyarderin ölümünün gerçəkdən də intihar olduğunu araşdırdığı bir vaxtda hadisə artıq konspirologiya (sui-qəsd nəzəriyyələri) tərəfdarlarını qızışdırıb. Çünki Epşteynin ölüm şəraiti elə də aydın deyil.
Məsələn, hətta ABŞ Prezidenti Donald Tramp mühafizəkar partiyasından olan Terrens K.Uilyamsın hadisəyə görə sabiq prezident Bill Klintonla bağlı əlaqələri artaşdırmaq barədə şərhini retvit edib.
Died of SUICIDE on 24/7 SUICIDE WATCH ? Yeah right! How does that happen#JefferyEpstein had information on Bill Clinton & now he’s dead
— Terrence K. Williams (@w_terrence) August 10, 2019
I see #TrumpBodyCount trending but we know who did this!
RT if you’re not Surprised#EpsteinSuicide #ClintonBodyCount #ClintonCrimeFamily pic.twitter.com/Y9tGAWaAxX
Digər bir mühafizəkar şərhçi Maykl Kudri isə Twitter-də bəyan edib ki, Epşteynin intiharı zamanı "kamerasında yanlışlıq" olub. Amma Kudri nə təfərrüatları açıqlayıb, nə də sözlərini təsdiq edəcək sübut göstərib.
BREAKING: Alleged "camera malfunction" last night at MCC where Jeffrey Epstein was locked up.#EpsteinFiles
— Michael Coudrey (@MichaelCoudrey) August 10, 2019
Epşteynin ölümü insan alveri ilə ittihamdan sonra girov müqabilində imtina aldığı gündən bir, öz kamerasında boğazında izlərlə huşsuz vəziyyətdə tapıldıqdan üç həftə sonra baş verib.
66 milyarder iyulun 6-da həbs edilmiş, ona qarşı 2000-ci illərdə həddi-büluğa çatmayan qızların alveri və çoxsaylı seksual təcavüz ittihamları irəli sürülmüşdü. 2007-2008-ci illərdə C.Epşteyn azyaşlılara təcavüz etməkdə suçlanırdı. Araşdırmalar zamanı müəyyən edilmişdi ki, Epşteyn intim xidmətlərə görə həddi-büluğa çatmayan qızlara pul ödəyirmiş, həmçinin onun həmin qızları başqalarına təklif etdiyi də ehtimal olunurdu. Ancaq Epşteynin vəkillərinin sayəsində ittihamların yükü azaldılmış, milyarder cinsi cinayətlərdə günahkar olduğunu etiraf etmiş və 13 ay həbsdə yatmışdı.