Narkobaron həbsxanadan qaçmaq üçün "qadın oldu" - VİDEO

© © Rio de Janeiro Penitentiary Administration Secretariat via APKlauvino Da Silvanın istifadə etdiyi geyim və maska
Klauvino Da Silvanın istifadə etdiyi geyim və maska - Sputnik Azərbaycan
Abunə olmaq
"Qızın" özünü həyəcanlı aparması səbəbindən həbsdən qaçış baş tutmayıb

BAKI, 6 avqust — Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhərində yerli narkobaron həbsxanadan qaçmaq üçün öz qızının cildinə girib.

Sputnik Azərbaycan "New York Post" nəşrinə istinadən xəbər verir ki, Klauvino Da Silva saxlanıldığı həbsxanadan qaçmaq üçün ona baş çəkmiş 19 yaşlı qızının cildinə girmək qərarına gəlib. O, bunun üçün üzünə rezin maska taxıb və başına parik qoyub. Kişinin, həmçinin öz qızının çəhrayi paltarını da geyindiyi bildirilir.

Güman edilir ki, cinayətkarın həbsdən qaçmasından sonra onun qızı penitensiar müəssisədə qalmalı imiş.

Lakin "qızın" özünü həyəcanlı aparması səbəbindən həbsdən qaçış baş tutmayıb.

Cinayətkarın ifşa edilməsinin videogörüntüləri "YouTube"da yerləşdirilib.

Bildirilir ki, Da Silva "Qırmızı Komanda" adı ilə tanınan cinayətkar təşkilatın üzvüdür. Bu cinayətkar qrup Braziliyada narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan ən böyük şəbəkədir. Da Silvadan əvvəl də "Qırmızı Komanda"nın bir üzvü başqa bir şəxsin qılığında həbsdən qaçmağa çalışıb. Belə ki, narkotik vasitələrinin satışına görə 36 illik həbs cəzası çəkən Antonio Felipe adlı qrup üzvü 2015-ci ildə qoca qadın maskası və parik ilə həbsxanadan qaçmağa cəhd göstərib.

Xəbər lenti
0