BAKI, 9 avqust — Sputnik. UEFA Gürcüstanın "Dinamo" klubunu cəzalandırıb.
Sputnik Gürcüstan xəbər verir ki, cəzaya səbəb Tbilisi klubunun azarkeşlərinin Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə cavab oyunu zamanı irqçi davranışları olub. "Dinamo" Hollandiya "Feyenoord"u ilə Avropa Liqasının III təsnifat mərhələsindəki cavab görüşünü azarkeşsiz keçirəcək. Klub həmçinin 50 min avro məbləğində cərimə edilib.
Həmçinin, "Feyenoord"la cavab oyununda Boris Payçadze adına "Dinamo" stadionunda "EqualGame" banneri asılmalıdır.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının 2-ci təsnifat mərhələsində hər iki oyunda "Dinamo"ya məğlub olaraq (ilk oyun 0:2, cavab oyunu 0:3), mübarizədən kənarda qalıb.