"Bizim problemimiz Çin deyil" - Tramp

© REUTERS / Carlos BarriaABŞ Prezidenti Donald Tramp
ABŞ Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin fikrincə, FES-in siyasəti "dəhşətli bir şeydir"

BAKI, 7 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp özünün Twitter hesabında Federal Ehtiyat Sistemini (FES) ölkəsinin problemi adlandırıb.

Spitnik xəbər verir ki, ötən həftə faiz dərəcələrini aşağı salan FES-i Tramp həddən artıq qorxaqlıqda günahlandırıb.

​​"Daha üç Mərkəzi Bank faiz dərəcələrini salır. Bizim problemimiz Çin deyil, biz həmişəkindən daha güclüyük. Çin dünyada minlərlə şirkətini itirdiyi bir vaxtda pullar Amerikaya sel kimi axır, - ABŞ-ın bu ölkəylə ticarət müharibəsindəki üstünlüyünə eyham vuran Tramp yazıb. - Bizim problemimiz öz səhvlərini - tələsdiyini və həddən artıq sərt tədbir gördüyünü (və mən haqlıydım!) boynuna almaq üçün gərəksiz vüqarlı olan Federal Ehtiyat Sistemidir".

ABŞ Prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Trampın "tvit"i müharibədən xəbər verir

Prezidentin fikrincə, FES-in siyasəti "dəhşətli bir şeydir". Tramp hesab edir ki, FES faiz dərəcələrini daha çox və sürətlə aşağı salmalı və kəmiyyətcə çox olan sərtləşdirmələrini İNDİ dayandırmalıdır.

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) 30-31 iyul tarixlərində keçirilən iclasların yekunu üzrə 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25% səviyyəsinə endirib.

Xəbər lenti
0