Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"a uduzdu, vəzifəsindən getdi

© AFP 2021 / FRED TANNEAUПаоло Трамедзани, фото из архива
Паоло Трамедзани, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
"Biz cənab Trametsaniyə təşəkkür edir, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayırıq"

 

BAKI, 8 avqust — Sputnik. APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. "Biz cənab Trametsaniyə təşəkkür edir, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayırıq"

Kipr mətbuatı istefaya səbəb kimi komandanın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a öz meydanında 1:2 hesabı ilə uduzmasını göstərib.

Başqa bir xəbərə görə, "Qarabağ"la Bakıda avqustun 13-də keçiriləcək cavab matçına kimi komandanın baş məşqçisi vəzifəsinə almaniyalı Tomas Dollun təyin ediləcəyi gözlənilir. Onun artıq Kiprdə olduğu və danışıqlar apardığı söylənilir. 53 yaşlı Dollun sonuncu iş yeri Almaniyanın "Hannover" klubu olub. O, müxtəlif vaxtlarda Almaniyada "Hamburq", "Borussiya" (Dortmund), "Gənclərbirliyi" (Türkiyə), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) və Macarıstanın "Ferensvaroş" komandalarında da baş məqşçi kimi çalışıb.

Qeyd edək ki, P.Trametsani ötən il APOEL-ə baş məşqçi təyin edilmişdi.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала